Dövlət İmtahan Mərkəzinin tərəfindən 29 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 30 noyabr 2022-ci il tarixində isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri“ mövzusunda təlim keçirilib.
Təlimlər zamanı DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova-Didavari tərəfindən iştirakçılara sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu, sənədlərin icrasına nəzarətin təşkili, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. mövzular barədə iştirakçılar məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.