Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr tarixində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 5 nəfər əməkdaşı üçün “Əmək qanunvericiliyinin tətbiqi: şəxsi işin aparılması, əmək məzuniyyəti, zəruri sənədləşmə, elektron bildiriş “ mövzusunda təlim keçirilib.
Təlim zamanı DİM-in İnsan resursları sektorunun müdiri Aytən Quliyeva tərəfindən iştirakçılara əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətinin növləri, məzuniyyətin müddətləri, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası, yaradıcılıq və təhsil məzuniyyətləri, sosial məzuniyyətlər, ödənişsiz məzuniyyətlər, məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları, məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları və s. mövzular barədə məlumat verilib və bu səpkidə bir sıra müzakirələr aparılıb.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda mütəmadi olaraq təlimlər təşkil olunur.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər.