Xəbərlər
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 dekabr 2017-ci il tarixdə inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcəkdir.
Dövlət İmtahan Mərkəzi tərəfindən 18 noyabr 2017-ci il tarixdə dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcəkdir.
1-2 noyabr 2017 ci il tarixində Azərbaycanın 25 mərkəzi icra hakimiyyəti orqanın nümayəndələri və Dövlət İmtahan Mərkəzinin əməkdaşları Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində təlim kursuna cəlb edilmişlər.
Dövlət İmtahan Mərkəzində oktyabrın 28-də növbəti TOEFL imtahanı keçirilib. İmtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar yeni təqvim planı təsdiq edilmişdir
İclasın gündəliyi aşağıdakı məsələlərdən ibarət olmuşdur: Dövlət İmtahan Mərkəzinin dövlət qeydiyyatına alınması, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) ləğv olunması ilə bağlı ləğv komissiyasının yaradılması, monitorinq imtahanlarının nəticələri və buraxılış imtahanlarının məzmununun layihələndirilməsi, “Dövlət Qulluğu haqqında” qanuna edilmiş son dəyişikliklərlə bağlı dövlət qulluğuna qəbul üzrə sistemdə nəzərdə tutulan yeniliklər ilə bağlı məlumatın dinlənilməsi.
Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qəbul qaydaları ilə bağlı...
Şəmkir rayonunda keçiriləcək qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Oktyabr ayının 2-dən 6-dək Gürcüstanın Batumi şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA- International Association for Educational Assessment) 43-cü illik konfransı keçirilmişdir.
Dövlət İmtahan Mərkəzində (DİM) 2018-ci ildə keçiriləcək buraxılış imtahanları, hərbi lisey və ali təhsil müəssisələrinə qəbul imtahanlarının məzmunu ilə bağlı materialların, imtahana hazırlaşanlara metodiki köməklik baxımından materialların hazırlanması məqsədilə 2017-ci il oktyabrın 09-dan fənlər üzrə elmi-metodiki seminarlar öz işinə başlayır.Bununla bağlı müvafiq təşkilati işlər görülmüşdür.