Məlumat sessiyasının spikeri “Cambridge University Press and Assessment” təşkilatının Qafqaz və Ukraynada biznesin inkişafı üzrə meneceri Daryna Sizuk görüşdə TKT imtahanlarının modulları, hazırlıq prosesi, sertifikatların verdiyi üstünlüklər və açdığı karyera imkanları mövzularında iştirakçıları məlumatlandırıb. Sessiya iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Xatırladaq ki, “Cambridge University Press and Assessement” təşkilatının Kembric Kvalifikasiya İmtahanlarına aid olan TKT (Teaching Knowledge Test) karyeralarına yeni başlayan müəllimlər üçün ingilis dilinin tədrisinin mənimsənilməsində mühüm bir vasitə və təcrübəli müəllimlər üçün karyera inkişafına peşəkar dəstək üçün hazırlanmış imtahanlardır.
İmtahanın yekununda müəllimlər bacarıqlarını təsdiq edən sertifikatlar əldə edirlər.
2022-ci ilin sonunadək DİM-də keçiriləcək TKT imtahanı tarixləri barədə məlumatı keçiddən əldə edə bilərsiniz.
DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı isə bu keçid vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.