Təlim zamanı ICDL (Kompüterdən İstifadəyə dair Beynəlxalq Lisenziya) Avropa təşkilatının rəhbəri Linda Keane tərəfindən təqdimat nümayiş olunub və iştirakçılara ICDL təlim kursu haqqında ümumi məlumat, hədəf qrupları, məqsədlər və vəzifələr, dərs cədvəli, təlim resursları ilə əlaqədar mövzulara dair məlumatlar verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, ICDL 100-dən artıq ölkədə 17 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan rəqəmsal bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib, sertifikat ala bilərlər.
Xatırladaq ki, DİM Azərbaycanda ICDL imtahanlarını təşkil edən yeganə akkreditasiya olunmuş test mərkəzidir.
Qeydiyyat və ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.