1 namizəd Xarici dillər üzrə Ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) səviyyələri əsasında hazırlanmış ТРКИ imtahanın ən yuxarı səviyyəsi – C2 üzrə imtahan verib.
11 avqust 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində ТРКИ (Тест по русскому языку как иностранному) imtahanı təşkil edilib.
Dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan kompüter vasitəsilə keçirilib. İmtahan nəticələri 7 iş günündən sonra elektron poçt vasitəsilə namizədə göndəriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.
İmtahan haqqında daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.
Qeydiyyat: https://eservices.dim.gov.az/iexams/az/login.aspx