Xəbərlər
2018-ci ilin 15-19 yanvar tarixlərində Litvanın Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi arasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” AZ/15/ENP/OT/40 layihəsinin 3-cü komponenti çərçivəsində Portuqaliyanın Lissabon şəhərinə təlim səfəri həyata keçirilmişdir.
Dövlət İmtahan Mərkəzi 2018-ci il 27-28 yanvar tarixlərində Şəmkir şəhər Nizami adına tam orta məktəbdə (Ş.Qurbanov küçəsi, 1) Azərbaycan dili, riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib.
Zal nəzarətçisi kimi imtahanlara cəlb olunması nəzərdə tutulan müəllimlər üçün yanvarın 17-dən 25-dək qrafikə uyğun olaraq seminar-məşğələlər keçirilib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 25-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Salyan rayonunda vətəndaşları qəbul etmişdir. Qəbulda Şirvan, Neftçala, Salyan, Sabirabad, Saatlı, Hacıqabul rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak etmişlər.
Dövlət İmtahan Mərkəzində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Dekabrın 27-də Dövlət İmtahan Mərkəzinin Regional Bölmələrində (Gəncə, Lənkəran, Xaçmaz, Göyçay, Bərdə, Naxçıvan, Şəki, Şirvan) 2017-ci ildə keçirilən imtahanlarda xüsusilə fərqlənmiş nəzarətçi-müəllimlərin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə imtahanlarda fəal iştirak etmiş müəllimlər fəxri fərmanla təltif edilmişdir.
25 dekabr 2017-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən “Pullman” Baku hotelində tədbir keçirilib. Tədbirdə DİM rəhbərliyi və kollektivi, müəllimlər, ekspertlər, KİV nümayəndələri iştirak ediblər.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 dekabr 2017-ci il tarixində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qaydaları ilə bağlı seminarlar keçirilib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 14-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Sumqayıt şəhərində vətəndaşları qəbul etmişdir. Qəbulda Sumqayıt şəhərinin, Abşeron, Xızı rayonlarının sakinləri, eləcə də bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşadan olan məcburi köçkünlər iştirak etmişlər.
2017-ci il 5-6 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərində Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xab, Estoniyanın Elektron İdarəetmə Akademiyası və Almatı Menecment Universitetinin birgə təşkilatçılığı ilə "Elektron hökumətin inkişafı: təcrübə, problem və perspektivlər" mövzusunda seminar keçirilmişdir.
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2017-ci il 7-8 dekabr tarixlərində keçiriləcək İnstitusional Quruculuq üzrə İllik Regional Konfransda iştirak etmək məqsədilə Kiyev şəhərinə səfər etmişdir.