Xəbərlər
Dövlət İmtahan Mərkəzi 2018-ci il 28-29 aprel tarixlərində Bərdə şəhəri 8 nömrəli tam orta məktəbdə Azərbaycan dili, riyaziyyat və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib
Dövlət İmtahan Mərkəzi abituriyentlərə kömək məqsədilə 2013-2017-ci illər ərzində qəbul və sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanları təşkil edir
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “DÖVLƏT QULLUĞU” jurnalının 4-cü nömrəsini nəşr etmişdir
Tədbirdə insan resurslarının idarə edilməsi, dövlət qulluğuna kadrların seçimi, dövlət qulluqçularının etik davranış qaydaları və s. mövzularla bağlı Finlandiya təcrübəsi təqdim edilir və iştirakçılarla birgə müzakirələr aparılır
Dövlət İmtahan Mərkəzi 2018-ci il 14-15 aprel tarixlərində Biləsuvar şəhərində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində Azərbaycan dili, riyaziyyat, coğrafiya, biologiya və fizika fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib
Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq 5 kitabçada təqdim edilmişdir
Jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının bütün ixtisaslaşmalarına 2018-2019-cu tədris ili üçün qəbul imtahanı proqramları təqdim olunmuşdur
Dövlət İmtahan Mərkəzi 2018-ci il 7-8 aprel tarixlərində Şəki şəhərində DİM-in Şəki Regional Bölməsində Azərbaycan dili və riyaziyyat fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib
Dövlət İmtahan Mərkəzi və Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb
“Abituriyent” 1 jurnalında 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar təqdim ediləcək
“Abituriyent” jurnalının 2-ci nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, "Abituriyentin elektron ərizəsi" formasının doldurulma qaydası və nümunəsi, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilmişdir
Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunmuşdur