• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Əlaqə
      • Sual-cavab

      Sual-cavab

      • Əlaqə məlumatları
      • Online müraciət
      • Sual - cavab
      • Vətəndaşların qəbulu
      • Ümumi suallar
      • Buraxılış imtahanları
      • Bakalavriat
      • Magistratura
      • Rezidentura
      • Sınaq imtahanları
      • Qabiliyyət imtahanları
      • SAT ve TOEFL
      • Orta ixtisas təhsili
      • Dövlət qulluğu
      • Doktorantura
      • Təlimlər
      Bakı şəhərində qeydiyyatda olsam da, tam orta təhsilimi Gəncə şəhərində alıram. Ali təhsili müəssisələrinə qəbul imtahanının hər iki cəhdini Bakı şəhərində verə bilərəm?

      I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin hər iki cəhdində iştirak edən cari ilin məzunları imtahanın birinci cəhdini bitirdikləri ümumi təhsil müəs­sisə­sinin yerləşdiyi bölgəyə uyğun şəhərdə verirlər. Həmin abituriyentlər imtahanın ikinci cəhdində isə şəxsi kabinetlərində qeyd etdikləri faktiki yaşayış ünvanının aid olduğu bölgəyə uyğun şəhərdə iştirak edirlər. Yəni cari ilin məzunlarının imtahanın birinci cəhdində iştirak edəcəyi yer təhsil aldığı məktəbin yerləşdiyi bölgəyə uyğun, imtahanın ikinci cəhdində iştirak edəcəyi yer isə onların şəxsi kabinetlərində qeyd olunmuş faktiki yaşayış ünvanı əsasında təyin olunur.

      Əlilliyi olan abituriyentlərin imtahanda iştirakı üçün hər hansı xüsusi şərait yaradılır?

      Bəli, əlilliyi olan abituriyentlər üçün imtahan zamanı əlverişli şərait yaradılır. Ancaq bunun üçün həmin abituriyentlər imtahana ən azı 14 gün qalmış əlilliyi təsdiq edən sənədlərin əslini DİM-ə və ya onun regional bölmələrindən birinə təqdim etməli və ya müvafiq ərizə ilə birlikdə bu sənədlərin skan olunmuş surətini onlayn qaydada DİM-in elektron poçtuna (info@dim.gov.az) göndərməlidirlər.

      Əvvəlki illərin məzunlarının imtahanda iştirak edəcəyi yer nəyə əsasən təyin olunur?

      Əvvəlki illərin məzunları şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.

      Hansı abituriyentlər qəbul imtahanında iştirak etmək üçün tələb olunan ödənişdən azad olunurlar?

      Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirənlərin) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

      – Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

      – şəhid ailəsinin üzvləri;

      – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

      – məcburi köçkün statusu olan şəxslər;

      – I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

      Yuxarıda qeyd olunan kateqoriyalardan olan abituriyentlər barədə məlumatı DİM müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla alır. Bundan başqa, qeyd olunan kateqoriyalara aid olmayan və ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirənlərin) qəbul imta­hanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı da dövlət büdcəsinin vəsaiti hesabına olur.

      Abituriyent imtahanda iştirak üçün tələb olunan ödənişi necə etməlidir?

      Elektron ərizəni təsdiq etmək üçün ödəniş etməli olan abituriyentlər vəsaiti “Şəxsi kabineti”in hesabına əlavə etməlidirlər. Bunun üçün müxtəlif ödəniş üsullarından istifadə etmək mümkündür. Ödəniş üsulları barədə məlumat DİM-in saytının “Şəxsi kabinet” hissəsində qeyd olunub. Bununla yanaşı, abituriyentlərə “Şəxsi kabinet”in hesabına vəsait qoymazdan əvvəl elektron ərizədə onun təsdiq edilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunmasını müəyyən etməyi, yalnız bundan sonra tələb olunan məbləği “Şəxsi kabinet”in hesabına əlavə etməyi tövsiyə edirik. Tələb olunan məbləğ barədə məlumat ərizə yadda saxlanılan zaman sistem tərəfindən abituriyentə təqdim olunur. Qeyd edək ki, “Şəxsi kabinet”in hesabına köçürülən, lakin istifadə edilməyən vəsait yalnız qəbul kampaniyası bitdikdən sonra abituriyentin müraciəti əsasında təqdim etdiyi bank hesabına qaytarıla bilər.

      Mən elektron ərizəmi təsdiq etdirmişəm. İmtahanın nə vaxt və harada keçiriləcəyi barədə məlumatı necə əldə edəcəyəm?

      İmtahandan 3-4 gün əvvəl buraxılış vərəqələri DİM-in internet səhifəsində yerləşdiriləcək. Vərəqədə imtahanın keçiriləcəyi tarix və yer haqda tam məlumat olacaq.    

      Elektron ərizəni doldurduqdan sonra imtahan tarixinə qədər yeni şəxsiyyət vəsiqəsi alsam, bu mənim imtahanda iştirakıma hər hansı maneə yarada bilərmi?

      Bu və ya digər səbəbdən şəxsiyyət vəsiqəsini sənəd qəbulundan sonra yeniləyənlər mütləq öz şəxsi kabinetinə daxil olmaqla, şəklin altında "Sənədim yenilənib" bölməsindəki düymədən istifadə etməklə məlumatları yeniləməlidirlər. Əgər abituriyent şəxsiyyət vəsiqəsini yeniləyənə kimi “İmtahana buraxılış vərəqəsi”ni çap edibsə, məlumatlarda uyğunsuzluq olmaması üçün sənədini yenilədikdən sonra yenidən buraxılış vərəqəsini çap etməli və həmin buraxılış vərəqəsini imtahana gətirməlidir. 

      Müsabiqə şərti ilə keçid balı anlayışları arasında fərq varmı?

      Müsabiqə şərti DİM tərəfindən hər hansı bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Keçid balı isə müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.

      Şəxsi kabinetin parolunu unutmuşam. Onu necə bərpa etmək olar?

      Şəxsi kabinet yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər ekabinet.dim.gov.az internet ünvanında “Giriş” bölməsinə daxil olub “Parolu unutmuşam” düyməsini sıxmaqla istifadəçi adını (şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi elektron poçt ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edirlər. Bundan sonra sistem tərəfindən istifadəçiyə kod göndərilir. İstifadəçi həmin kodu müvafiq sahəyə daxil edib şəxsi kabinetə giriş üçün yeni parol təyin edir. Qeydiyyatdan keçən zaman elektron poçt ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib şəxsiyyət vəsiqəsini təqdim edərək parolu bərpa edə bilərlər.

      Övladım Gürcüstan vətəndaşıdır. Bunu təsdiq edən pasportu var. O, Bakı şəhərində məktəbin 11-ci sinfində təhsil alır. Onun buraxılış və qəbul imtahanlarına buraxılması üçün şəxsiyyətini təsdiq edən sənəd kimi Gürcüstan pasportu istifadə oluna bilərmi?

      Xarici ölkə vətəndaşı olan və Azərbaycan ərazisində ümumi təhsil müəssisəsini bitirən şagird ümumi qaydada buraxılış imtahanında iştirak edir. Bu zaman Azərbaycanda müvəqqəti, yaxud daimi yaşayış icazəsinə malik olması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin verdiyi vəsiqəsini (MYİ və ya DYİ seriyalı) təhsil aldığı ümumtəhsil müəssisəsinə təqdim etməklə “Şagird-məzun” sistemində qeydiyyata alınır. Həmin sənədlə də buraxılış və qəbul imtahanlarında iştirak edir. 

      X sinifdə oxuyanlar növbəti il xarici dil fənni üzrə yeni model əsasında buraxılış imtahanı verəcəklər?

      Xeyr, növbəti il XI sinif üzrə buraxılış imtahanı modelində hər hansı dəyişiklik olunması nəzərdə tutulmayıb. Bu ildən etibarən ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) fənlərindən şəkillər əsasında hekayə qurmaq tələb edən yeni yazılı tapşırıq forması təqdim ediləcək. 2027-ci ildən isə bu yenilik XI sinif üzrə buraxılış imtahanında tətbiq olunacaq.

      Buraxılış imtahanında aşağı nəticə göstərən cari ilin məzunları qəbul imtahanında iştirak edə biləcəklərmi?

      Bəli, buraxılış imtahanından (əvvəlki illərin məzunları isə buraxılış imtahanı formatında keçirilən əlavə qəbul imtahanından) topladıqları baldan asılı olmayaraq, abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə biləcəklər.

      Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi?

      Əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil  (bundan sonra əsas xarici dil) fənnindən imtahan verəcəklər. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı şagirdlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınır. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, onlar üçün bu imkan da yaradılır. Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır.

      Tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan məktəblərin şagirdləri buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən də imtahan verməlidirlər?

      Bəli, tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən də ayrıca imtahan verir və həmin imtahandan topladıqları bal onların təhsil sənədinə yazılır.

      VIII sinifdən məktəbdən çıxmışam. Birbaşa eksternat yolu ilə buraxılış imtahanı verib 11 illik attestat ala bilərəm?

      Xeyr, 11 illik təhsil səviyyəsi üzrə eksternat qaydasında yekun qiymətləndirməyə (attestasiyaya) yalnız 9 illik təhsil səviyyəsini başa vurmuş şəxslər buraxılırlar.

      Buraxılış imtahanında aşağı nəticə göstərən IX sinif şagirdlərinə attestat verilirmi və onlar təhsillərini X sinifdə davam edə bilirlərmi?

      Bəli, buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq şagirdlərə attestat verilir və onlar təhsillərini X sinifdə davam edə bilirlər.    

      Buraxılış imtahanında səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərirmi?

      Xeyr, istər IX , istərsə də XI siniflər üzrə buraxılış imtahanında şagirdin səhv cavabları doğru cavablarının nəticəsinə təsir etmir.    

      Buraxılış imtahanında xarici dil kimi rus dili fənnindən imtahan verəcəyəm. Bəs ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində iştirak etmək üçün nə etməliyəm?

      Abituriyentlər buraxılış imtahanı çərçivəsində verdikləri xarici dildən fərqli xarici dil bilikləri tələb edən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün tələb edilən xarici dildən əlavə imtahan verməlidirlər. Bu haqda məlumat “Abituriyent” jurnalının 2-ci sayında tələbə qəbulu elanının mətnində dərc ediləcək.

      Bakı şəhərində qeydiyyatda olsam da, tam orta təhsilimi Şəki şəhərində alıram. Ali təhsil müəssisələrinə qəbul imtahanını Bakı şəhərində verə bilərəm?

      Xeyr, cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri ümumi təhsil müəs­sisə­sinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları elektron ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.

      I, II, III və IV ixtisas qruplarının biri üzrə birinci (yaz) qəbul imtahanında iştirak etdikdən sonra ikinci (yay) qəbul imtahanında başqa bir ixtisas qrupu üzrə iştirak etmək olarmı?

      Bəli, abituriyentlər eyni ildə I, II, III və IV ixtisas qruplarının ikisi üzrə qəbul imtahanında iştirak edə bilərlər. Müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupları üzrə müsabiqə şərtini ödədikləri halda hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər. İxtisas qruplarından yalnız biri üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.

      Müharibə veteranıyam, bir sıra ağır döyüşlərdə iştirak etmişəm. Qeyd olunanlar nəzərə alınaraq ali təhsil müəssisəsinə imtahansız qəbul oluna bilərəm?

      “Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına əsasən hər bir abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə abituriyentin topladığı bal əsasında aparılır və bu zaman hər hansı digər amil nəzərə alınmır.

      Məcburi köçkünəm, bu il kolleci bitirirəm. Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün ödəniş etməliyəmmi?

      Bəli. Ali təhsil və orta ixtisas təhsili müəssisələrini bitirən bütün abituriyentlər üçün ali təhsil müəssisələrinə qəbul imtahanları həmin abituriyentlərin hesabına həyata keçirilir.

      Ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı hansı abituriyentlər ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməlidirlər?

      Abituriyent barədə DİM-in informasiya sistemlərində olan məlu­matlar yetərli olduğu halda, həmin abituriyent ərizəsini özü təsdiq edir və Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmir. Abituriyent haqqında informasiya sistemlərində olan məlumat yetərli deyilsə, həmin abituriyent tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizəsini SQK-larda təsdiq etdirir. Tələb olunan sənədlər, SQK-ların ünvanları və digər zəruri məlumatlar qəbul elanında dərc olunur. Qeyd edək ki, ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir.

      "ADA" Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) imtahanında məhdudiyyət tətbiq edilir?

      "ADA" Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) imtahanından "məqbul" almaları, tam orta təhsil müəssisələrinin Azərbaycan bölməsini bitirən abituriyentlərin buraxılış imtahanında (qəbul imtahanının I mərhələsində) tədris dili (Azərbaycan dili) fənnindən 50 bal və yuxarı nəticə göstərməkləri tələb olunur.

      SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə müsabiqədə iştirak etmək üçün nə etmək lazımdır?

      ADA Universitetinin ixtisaslarının müsabiqəsində beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan, o cümlədən xarici dil üzrə IELTS Academic, TOEFL iBT, PTE və ya Duolingo English Test imtahanlarından biri üzrə müvafiq nəticəsi olan abituriyentlər də buraxılır. IELTS Academic üzrə minimum bal tələbi 6.0, TOEFL iBT üzrə 75, PTE üzrə 50, Duolingo English Test imtahanı üzrə isə 95 baldır.
         İngilis dili ilə bağlı tələb Azərbaycandan kənarda yerləşən ingilis dilli məktəblərin məzunlarına və ya “ADA” Universitetinin ingilis dili kurslarının müvafiq səviyyəsini müvəffəqiyyətlə bitirmiş abituriyentlərə şamil olunmur. I və II qruplar üzrə ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur.
        Qeyd olunan şərtləri ödəyən və ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizəsi olan abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada qeydiyyatdan keçirlər:

        - Şəxsi kabinetinin istifadəçi adı və parolunu müvafiq sahələrə yazıb sistemə daxil olmaq lazımdır. Daha sonra SAT imtahanının və ingilis dili imtahanının nəticələri barədə məlumatı (skan edərək) yükləmək tələb olunur.
        - SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”un saytı (https://www.collegeboard.org) vasitəsilə DİM-ə (kod 7876) və “ADA” Universitetinə (kod 7799) göndərirlər;
       -  ADA Universitetinin elektron ərizə formasını (www.ada.edu.az/apply) doldurur, ingilis dili imtahanının nəticəsini həmin ərizə formasına yükləyir və ADA Universitetinə elektron şəkildə göndərirlər
        ADA Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) imtahanından “məqbul” almaları tələb olunur.

      Qeyd: ADA Universitetinin Hüquqşünaslıq ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

      Oğlum 2024-cü ildə keçirilmiş qəbul imtahanında iştirak edib, lakin qəbul ola bilməyib. Bu il aprelin 15-də 18 yaşı tamam olur. O, qəbul imtahanında iştirak edə bilərmi?

      1995-2007-ci il təvəllüdlü (30.04.2007-ci il tarixinədək anadan olmuş) 30 yaşınadək olan kişi cinsli abituriyentlərin elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması (təhsilə görə verilmiş möhlət istisna olmaqla), ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır. Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin, 30.04.2007-ci il tarixindən sonra doğulmuş əvvəlki ilin məzunu olan abituriyentlərin, 30 yaşı tamam olmuş abituriyentlərin və əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin elektron ərizələri SHXÇDX-nin vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir. Qeyd edək ki, abituriyentlərə verilmiş möhlətin (təhsilə görə verilmiş möhlət istisna olmaqla) müddəti 30.07.2025-ci il tarixindən sonraya aid olduqda onlar sənəd qəbulunda iştirak edə bilərlər.

      Müharibə veteranıyam, bir sıra ağır döyüşlərdə iştirak etmişəm. Qeyd olunanlar nəzərə alınaraq ali təhsil müəssisələrinə və ya kollecə imtahansız qəbul oluna bilərəm?

      “Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına əsasən hər bir abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə abituriyentin topladığı bal əsasında aparılır və bu zaman hər hansı digər amil nəzərə alınmır.

      Kimya fənni üzrə respublika fənn olimpiadasının qalibiyəm. Ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul ola bilərəm?

      Respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün ali təhsil müəssisəsinə yalnız bir dəfə müsabiqədənkənar qəbul olmaq hüququ vardır. “Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar” və “Respublika fənn olimpiadalarının siyahısı” Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunmuşdur (http://www.e-qanun.az/framework/42536). Qeyd edək ki, Respublika fənn olimpiadalarının qalibləri DİM elan etdiyi müddətdə müvafiq sənədləri Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrinə təqdim etməlidirlər. Sənədlər təqdim olunduqdan sonra onların həqiqiliyi və təqdim edən şəxslərə məxsus olmasını DİM araşdırır və araşdırmaların nəticələri barədə abituriyentlərə məlumat verilir. Sənədlərinin həqiqiliyi və onlara məxsus olması təsdiqlənən şəxslər elan olunacaq müddətdə şəxsən DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədikləri ixtisasın kodunu yazılı şəkildə bildirməlidirlər.

      I qrup üzrə qəbul imtahanının ikinci mərhələsinin 1-ci cəhdində riyaziyyat və fizika fənləri, ikinci cəhdində isə informatika fənni üzrə toplanılan balların cəmi əsasında Rİ altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək mümkündür?

      Xeyr, mümkün deyil. Müsabiqə zamanı abituriyentin hər hansı bir cəhddə hər üç fənn üzrə topladığı bal nəzərə alınır. Tutaq ki, abituriyent qəbul imtahanının ikinci mərhələsinin birinci cəhddə RK, ikinci cəhddə isə Rİ alqtrupu üzrə imtahan verib. Müsabiqə zamanı abituriyent RK altqrupuna aid ixtisası seçirsə, onun birinci cəhddə riyaziyyat, fizika və kimya fənlərindən topladığı bal nəzərə alınır. Rİ altqrupuna aid ixtisasları seçəndə isə imtahanın ikinci cəhdində riyaziyyat, fizika və informatikadan topladığı bal nəzərə alınır. Yəni abituriyent iştirak etdiyi hər iki cəhd imtahanından müvafiq altqrup (lar) üzrə birinin nəticəsi əsasında müsabiqədə iştirak edir. Bir altqrup üzrə birinci cəhddən iki fənn, ikinci cəhddən isə digər fənn üzrə (və ya əksinə) toplanılan balların cəmi əsasında müsabiqədə iştirak etməyə icazə verilmir. Deməli, imtahanın hər iki cəhdində iştirak edən abituriyent bütün fənlər üzrə iki cəhddən birinin nəticəsini seçə bilər. Qeyd edək ki, müsabiqə zamanı imtahanın hər iki cəhdində eyni qrup (altqrup) üzrə iştirak edən abituriyentin daha yüksək olan nəticəsi nəzərə alınır.

      III qrupda yalnız TC altqrupunu seçən abituriyentlər coğrafiya fənni üzrə imtahandan aşağı nəticə əldə edərlərsə, həmin altqrupa daxil olan ixtisasları seçə bilərlər?

      Bəli, III qrupda yalnız TC altqrupunu seçən və ümumi müsabiqə şərtini ödəyən abituriyentlər coğrafiya fənni üzrə imtahandan topladıqları baldan asılı olmayaraq, qeyd olunan altqrupa daxil olan ixtisasları seçə bilirlər. Ümumiyyətlə, son illər ali təhsil müəssisələrinə qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

      Tam orta məktəbi 2024-cü ildə bitirmişəm və buraxılış imtahanında iştirak etmişəm. Həmin nəticə ilə 2025-ci ildə imtahan vermədən kolleclərin müsabiqəsində iştirak edə bilərəm?

      IX və XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur. 2024-cü ildə buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər 2025-ci ildə imtahan vermədən kolleclərin müsabiqəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman onlar müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər. Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər.

      Orta məktəbi cari ildə bitirən abituriyentlər I-IV qruplar üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış və qəbul imtahanlarından topladıqları balların cəminə əsasən iştirak edirlər. Bəs əvvəlki illərin məzunları üçün müsabiqə necə keçirilir?

      Qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlər üzrə qəbul imtahanı ilə yanaşı, buraxılış imtahanı formatında Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənlərindən əlavə qəbul imtahanı da verir və hər iki imtahandan topladıqları balların cəminə əsasən qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edirlər.

      Buraxılış imtahanında aşağı nəticə göstərən cari ilin məzunları I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edə bilirlərmi?

      Bəli, abituriyentlər buraxılış imtahanından (əvvəlki illərin məzunları qəbul imtahanının birinci mərhələsindən) topladıqları baldan asılı olmayaraq, qeyd olunan ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilərlər.

      Ödənişsiz əsaslarla orta ixtisas təhsili almışam. Ali təhsil almaq istəyirəm. Əgər müsabiqə şərtlərini ödəsəm, dövlət sifarişi ilə ali təhsil ala bilərəmmi?

      «Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən ölkə vətəndaşları hər bir təhsil səviyyəsi (ümumi təhsil, orta ixtisas təhsili və ali təhsil) üzrə yalnız bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) təhsil ala bilərlər. Deməli, ödənişsiz təhsil almaq üçün qoyulan müvafiq müsabiqə şərtlərini ödəsəniz, elektron ixtisas seçimi ərizəsində dövlət sifarişli ixtisasların da kodlarını qeyd edə bilərsiniz və qəbul olduğunuz halda dövlət sifarişi əsasında ali təhsil ala bilərsiniz.

      “Abituriyent” jurnalında bir və iki ulduz işarəsi ilə göstərilən xüsusi qabiliyyət tələb edən ixtisasların fərqi nədir?

      Bir ulduz işarəsi ilə göstərilən ixtisasların qabiliyyət imtahanının nəticəsi məqbul və ya qeyri-məqbulla, iki ulduz işarəsi ilə göstərilən ixtisasların qabiliyyət imtahanının nəticəsi isə balla qiymətləndirilir. Balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarından topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı əsasında aparılır.

      2024-cü ildə V qrup üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı vermişəm, lakin müsabiqədən keçməmişəm. 2025-ci ildə imtahan vermədən V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilərəm?

      V qrup üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının (tam orta məktəbin XI sinfini cari ildə bitirənlər üçün buraxılış imtahanının) nəticələri 2 il qüvvədə olur. 2024-cü ildə keçirilmiş qəbul / buraxılış imtahanından topladığı bal müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər 2025-ci ildə qabiliyyət imtahanı verib məqbul qiymət almaq şərti ilə V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilərlər.

      Subbakalavrlar ümumi qaydada qəbul imtahanında iştirak edib həm subbakalavr, həm də abituriyent kimi müsabiqədə iştirak edə bilərlərmi?

      Bəli, qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

      Keçən il magistraturaya qəbul imtahanında iştirak etmişəm, lakin qəbul olmamışam. Bu il yenidən magistraturaya sənəd vermək istəyirəm. Cari ilin müsabiqəsində iştirak etmək üçün yenidən ödəniş etməliyəmmi?

      Bəli, ötən illərin müsabiqəsində iştirak etmək üçün edilən ödəniş sonrakı illərin müsabiqəsində ödənişsiz iştirak etməyə əsas vermir. Hər tədris ili üçün keçirilən müsabiqədə iştirak etməkdən ötrü ödəniş olunmalıdır.

      Magistraturaya qəbul olan oğlanlara hərbi xidmətdən möhlət hüququ verilirmi?

      Məlumdur ki, hazırda magistratura səviyyəsinə qəbul yalnız əyani təhsilalma forması üzrə aparılır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respub­likasının Qanununa edilmiş dəyişikliyə əsasən, magistra­turada əyani təhsil alanlara təhsil müddətini bitirənədək hərbi xidmətdən möhlət hüququ verilir.

      Türkiyədə universiteti bitirirəm. Bu il magistraturaya qəbul imtahanı verə bilərəm?

      Xarici ölkələrdə ali təhsil almış şəxslər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri əldə etdikdən və həmin məlumatlar Nazirliyin müvafiq bazasına daxil olunduqdan sonra magistraturaya qəbul imtahanında iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilərlər.       

      Mən iki dəfə magistr təhsili almışam. Üçüncü dəfə magistr təhsili almağım üçün hər hansı bir maneə varmı? Bundan başqa, təhsilin bu səviyyəsinə qəbul zamanı hər hansı yaş məhdudiyyəti tətbiq olunurmu?

      Qəbul qaydalarına əsasən, magistratura səviy­yəsinə qəbul olmaq istəyən şəxslər üçün yaş məhdu­diyyəti müəyyən edilməmişdir. Həmçinin bir şəxsin neçə dəfə magistr təhsili almasına da məhdudiyyət tətbiq olunmur. Məhdudiyyət yalnız dövlət sifarişi əsasında ödənişsiz təhsil almaq hüququ ilə bağlıdır. Vətəndaşlar təhsil səviyyələrinin hər birində dövlət sifarişi əsasında təhsil almaq hüququndan yalnız bir dəfə istifadə edə bilərlər.

      Ali təhsil müəssisəsinin 4-cü kurs tələbəsiyəm. Bir neçə fəndən kəsirim var. Magistraturaya qəbul imtahanında iştirak edə bilərəmmi?

      Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin sonuncu kursunda təhsil alanlar bütün hallarda sənədlərini təqdim edib imtahanda iştirak edə bilərlər. Ancaq müsabiqə şərtini ödəyərək müsabiqədən keçən bakalavrlar qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyat keçirilənədək akademik borclarını ləğv etməlidirlər. Əks halda, həmin bakalavrlar qeydiyyatdan keçə bilməyəcəklər. Bu isə onların yerləşdirildikləri ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və həmin boş qalmış yerlər üçün yenidən müsabiqə elan edilir.

      Birinci imtahanda rus bölməsi, ikinci imtahanda Azərbaycan bölməsi üzrə qeydiyyatdan keçə bilərəm?

      Bəli, qəbul imtahanının hər iki cəhdində iştirak edən bakalavrlar ikinci imtahanı birinci imtahandan fərqli bölmə üzrə də verə bilərlər.

      Birinci cəhd imtahanında xarici dil rus dili, ikinci cəhddə isə xarici dil ingilis dili üzrə imtahan vermək olar?

      Bəli, qəbul imtahanının hər iki cəhdində iştirak edən bakalavrlar ikinci imtahanı birinci imtahandan fərqli xarici dil üzrə verə bilərlər.

      Magistraturaya qəbulda xarici dil üzrə yazı işinə bal məhdudiyyəti qoyulub?

      Xeyr, bu il də bakalavrlar yazı işini yerinə yetirib-yetirmədiyindən və ya yazı işi üzrə topladıqları baldan asılı olmayaraq, ümumi müsabiqə şərtlərini ödədikləri halda, ixtisaslaşma seçimində iştirak edə biləcəklər.

      Xarici dil üzrə yazı işinə ayrılan vaxtdan test tapşırıqlarını cavablandırmaq üçün istifadə etmək olarmı?

      Xeyr, imtahanın 3 saatı bitdikdən sonra cavab kartları yığılır və sonra yazı işi üçün 30 dəqiqə vaxt ayrılır. Yazı işi esse vərəqində yerinə yetirilir.

      Bitirdiyim universitetdə qiymətləndirmə 4 ballı şkala üzrə aparılıb. Azərbaycanın ali təhsil müəssisələrində bakalavrların biliyi 5 ya da 100 ballı şkala üzrə qiymətləndirilir. Ərizə qəbulu zamanı qiymət göstəricilərim hansı formada daxil edilməlidir?

      Qəbul qaydalarına əsasən, xarici ölkələrdə ali təhsil almış şəxslər şəxsiyyətlərini təsdiq edən sənədi, ali təhsil haqqında sənədi və ona əlavəni, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Bu zaman Sizin ümumi orta müvəffəqiyyət göstəriciniz xüsusi qaydada yüzballı şkala əsasında hesablanaraq elektron ərizənizə daxil ediləcəkdir.

      Magistratura səviyyəsinə birinci dəfə keçirilən qəbul imtahanında iştirak etməyən şəxslər ikinci dəfə keçirilən imtahanda iştirak edə bilərlərmi?

      Bəli, ikinci imtahan üçün ayrıca qeydiyyat aparıldığı üçün birinci imtahanda iştirak etməyənlər və ya ümumiyyətlə qeydiyyatdan keçməyənlər müəyyən olunan vaxtda qeydiyyatdan keçib, ikinci imtahanda iştirak edə bilərlər. Bununla belə, bakalavrlara birinci imtahanda iştirak etmək tövsiyə olunur.

      Magistratura səviyyəsinə 2025-ci ildə qəbul imtahanının modelində hər hansı bir dəyişiklik gözlənilirmi?

      Xeyr, 2025-ci ildə magistratura səviyyəsinə keçiriləcək qəbul imtahanında 2024-cü ildə tətbiq olunmuş imtahan modelində dəyişikliyin edilməsi nəzərdə tutulmamışdır. İmtahan fənlərindən məntiqi təfəkkürü yoxlayan test tapşırıqlarının sayı 50 (45 qapalı və 5 açıq tipli), informatika üzrə 25 (20 qapalı və 5 açıq tipli), xarici dil üzrə 20 (18 qapalı və 2 açıq tipli) olacaqdır. Ötən imtahanda olduğu kimi, xarici dil üzrə bakalavrlara esse yazmaq üçün mövzular təqdim ediləcək. Test tapşırıqlarının cavablandırılmasına 3 saat, esseni yerinə yetirmək üçün isə 30 dəqiqə vaxt verilir.

      Rezidenturada təhsil aldığım müddətdə başqa ixtisas əldə etmək rezidenturaya qəbul imtahanında iştirak edə bilərəmmi?

      Yeni qaydalara əsasən rezidenturada təhsili ərzində baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək olar. Lakin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün rezidentura təhsilini başa vurmaq və ya rezidentura təhsilindən imtina etmək tələb olunur.

      Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələdə) yüksək bal toplamağın müsabiqə zamanı namizəd üçün nə kimi əhəmiyyəti var?

      Müsabiqə zamanı eyni ixtisası seçmiş və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı eyni olan iki və daha artıq namizədi bir-birindən fərqləndirmək üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal nəzərə alınır.

      Rezidenturaya qəbulun müsabiqəsi necə aparılır?

      Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır.

      Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (I mərhələnin) nəticəsi necə qiymətləndirilir?

      Yeni qaydalara əsasən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir, “məqbul” alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.

      Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələdə) tələbələr də iştirak edə bilərmi?

      Yeni qaydalara əsasən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında III kursu tam bitirmiş tələbələr də iştirak edə bilər.

      Hansı hallarda bir komissiya üzrə qabiliyyət imtahanının nəticəsi digər komissiyaya şamil olunur?

      Bir komissiya üzrə imtahan nəticəsinin digərinə aid edilməsi yalnız abituriyentin hər iki komissiya üzrə qeydiyyatdan keçdiyi halda mümkündür. Bu zaman proqramı daha mürəkkəb olan komissiyaların imtahan nəticələri proqramı daha (və ya nisbətən) sadə olan (lakin imtahanı hələ keçirilməmiş) komissiyalara şamil edilir. Məsələn: “Məşqçilik” komissiyası üzrə imtahandan məqbul alan abituriyentlərin nəticəsi “Fiziki tərbiyə müəllimliyi” komissiyasına və ya “Dizayn” komissiyasından imtahan nəticəsi “Təsviri incəsənət müəllimliyi” komissiyasına da şamil olunur. Qeyd edək ki, şamilolunmanın geriyə qüvvəsi yoxdur. Yəni bir fənn üzrə alınan məqbul qiymət daha əvvəl keçirilən imtahanlara şamil oluna bilməz.

      Qabiliyyət imtahanları haqqında məlumatları haradan almalıyıq?

      Xüsusi qabiliyyət imtahanları haqqında məlumatları DİM-in rəsmi internet saytında yerləşdirilmiş Bələdçi-dən, qeyd olunan saytın xəbərlər bölməsindən və “Xüsusi qabiliyyət imtahanları” jurnallarından almaq olar.

      Ali və ya orta ixtisas təhsili müəssisələrinin XQTİ-lər üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər qabiliyyət imtahanı üçün əlavə qeydiyyatdan keçməlidirlər?

      Bəli, XQTİ lər üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər imtahanların nəticəsi elan olunduqdan sonra müəyyən olunmuş müddətdə DİM-in internet səhifəsinə daxil olaraq seçdikləri XQTİ-nin aid olduğu komissiya(lar) üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanında iştirak etməlidirlər. Müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanına buraxılmırlar.

      “Abituriyent” jurnalında bir və iki ulduz işarəsi ilə göstərilən xüsusi qabiliyyət tələb edən ixtisasların fərqi nədir?

      Bir ulduz (*) işarəsi ilə göstərilən ixtisaslar üzrə qabiliyyət imtahanının nəticəsi məqbul və ya qeyri-məqbulla, iki ulduz (**) işarəsi ilə göstərilən ixtisaslar üzrə qabiliyyət imtahanının nəticəsi isə balla qiymətləndirilir. Qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ lər) üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları buraxılış) imtahanından topladığı ümumi balı, balla qiymətləndirilən XQTİ lər üzrə müsabiqə isə abituriyentin qabiliyyət imtahanlarından topladığı yekun balı əsasında aparılır.

      Övladım sağlamlıq imkanı məhdud olduğu üçün evdə təhsil alır və buraxılış imtahanından azaddır. O, kollecə qəbul olmaq üçün imtahan verə bilərmi?

      Buraxılış imtahanından azad olunan, lakin ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanda əvvəlki illərin məzunları ilə birgə iştirak etməlidirlər. Bunun üçün həmin abituriyentlər müəyyən olunacaq vaxtda öz elektron ərizələrini təsdiq etməlidirlər.

      Əvvəlki illərin məzunlarının imtahanda iştirak edəcəyi yer nəyə əsasən təyin olunur?

      Əvvəlki illərin məzunları şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi¬qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər. 

      Müharibə veteranıyam, bir sıra ağır döyüşlərdə iştirak etmişəm. Qeyd olunanlar nəzərə alınaraq kollecə imtahansız qəbul oluna bilərəm?

      “Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına əsasən hər bir abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə abituriyentin topladığı bal əsasında aparılır və bu zaman hər hansı digər amil nəzərə alınmır.

      Orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu zamanı hansı abituriyentlər ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməlidirlər?

      Abituriyent barədə DİM-in informasiya sistemlərində olan məlu­matlar yetərli olduğu halda, həmin abituriyent ərizəsini özü təsdiq edir və Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmir. Abituriyent haqqında informasiya sistemlərində olan məlumat yetərli deyilsə, həmin abituriyent tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizəsini SQK-larda təsdiq etdirir. Tələb olunan sənədlər, SQK-ların ünvanları və digər zəruri məlumatlar qəbul elanında dərc olunur. Qeyd edək ki, ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir.

      Eyni ildə həm 9, həm də 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanında iştirak etmək mümkündür?

      Bəli, abituriyent eyni ildə həm 9, həm də 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak edə bilər. Ancaq məlumat üçün bildiririk ki, əvvəlcə 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçimi aparılır. 9 illik təhsil bazasında ixtisas seçimində iştirak edib müsabiqə nəticəsində orta ixtisas təhsili müəssisəsinə qəbul olunmuş abituriyent 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmır.

      Tam orta məktəbdə rus bölməsində oxuyan XI sinif şagirdləri buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan verirlər. Həmin şagirdlər orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün Azərbaycan dili fənnindən əlavə imtahan verməlidirlər?

      Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan tam orta təhsil müəssisələrini cari ildə bitirərək ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanı üzrə nisbi balı ən azı 50 olduqda onların həmin nəticələri əsas götürülür və onlar “məqbul” almış hesab olunurlar. Həmin imtahanda nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar. Bu abituriyentlər “məqbul” almaq üçün müəyyən olunacaq vaxtda qeydiyyatdan keçib Azərbaycan dili (dövlət dili kimi) fənnindən yenidən imtahan verə bilərlər. Qeyd edək ki, Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün keçirilən müsabiqəyə buraxılmırlar.

      Bakı şəhərində qeydiyyatda olsam da, tam orta təhsilimi Şəki şəhərində alıram. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Bakı şəhərində verə bilərəm?

      Xeyr, cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri ümumi təhsil müəs­sisə­sinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları elektron ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.

      Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsində BA vəzifə qrupu üzrə sertifikat əldə etmişəm. BB vəzifə qrupuna aid vakant inzibati vəzifələr üzrə müsahibədə iştirak edə bilərəm?

      Bəli, vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. 

      Müsahibənin nəticəsindən narazı olduğum halda nə etməliyəm?

      Namizədlər mərkəzi icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən həmin orqanlarda yaradılmış apelyasiya şuralarına, məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apelyasiya Şurasına, habelə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına və məhkəməyə şikayət verə bilərlər.

      Dövlət qulluğunda ehtiyat kadrlar siyahısında olmağım haqqında arayış haradan əldə edə bilərəm?

      Dövlət İmtahan Mərkəzinin internet portalında aşağıdakı linkə daxil olmaqla ehtiyat kadrlar siyahısında olma barədə arayış əldə edə bilərsiniz: https://eservices.dim.gov.az/dqmelumat/ehtkadrn/arayish.aspx

      Dövlət qulluğunda ehtiyat kadrlar siyahısına daxil edilmişəm. Dövlət orqanlarına təqdim edilən anket məlumatımı necə yeniləyə bilərəm?

      “Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”nə aşağıdakı linkdən daxil olmaqla anket məlumatınızda düzəliş və əlavələr edə bilərsiniz: https://eservices.dim.gov.az/dqmelumat/ehtkadrn/sorgu.aspx

      Hərbi xidmətdə olmamışam, dövlət qulluğuna qəbul ola bilərəm?

      Vətəndaşların dövlət qulluğuna qəbul edilə bilmədiyi hallar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə vətəndaşın həqiqi hərbi xidmət keçməməsi dövlət qulluğuna qəbulda məhdudiyyət olaraq müəyyən edilməmişdir.

      Mən dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak etmək istəyirəm. Sənədləri Dövlət İmtahan Mərkəzinə necə təqdim etməliyəm?

      Müsabiqənin test imtahanı mərhələsində iştirak etmək üçün qeydiyyat, habelə müsabiqə üzrə müsahibə, ümumi müsahibə və daxili müsahibə elanlarına sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Siz Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində yaratdığınız şəxsi kabinetdən istifadə etməklə sənədlərinizi elektron formada təqdim edə bilərsiniz.

      Mən dövlət qulluqçusuyam və barəmdə intizam tənbehi tətbiq edilib. Mən müsabiqə və müsahibələrdə iştirak edə bilərəm?

      Xeyr. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.

      Müxtəlif elmi adlar almış şəxslərə dövlət qulluğuna qəbul zamanı qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulurmu?

      Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər müsabiqənin müsahibə mərhələsində və ümumi müsahibədə iştirak hüququna malikdirlər.

      Ali təhsil üzrə ixtisasım tarix müəllimidir. Mədəniyyət Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə keçirilən müsahibələrdə iştirak edə bilərəm?

      İxtisas tələbləri vəzifənin tutulması şərtlərindən biri olmaqla dövlət orqanı üzrə deyil, hər vəzifə üzrə vəzifənin qulluq funksiyaları nəzərə alınaraq müəyyən edilir. Vətəndaş Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalının müsabiqə elanları və vakant vəzifələr üzrə axtarış bölməsinə daxil olmaqla ali təhsil üzrə ixtisasına uyğun vakant vəzifələr və onların aid olduğu dövlət orqanları barədə məlumatlar əldə edə bilər.

      Xaricdə təhsil almışam, xarici diplomla dövlət qulluğunda iştirak edə bilərəm?

      1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir. Ali təhsil haqqında sənədi müvafiq qaydada təsdiq edilmiş şəxslər dövlət qulluğuna qəbul üzrə keçirilən imtahanlarda iştirak edə bilər.

      Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə aldığım ixtisaslar fərqlidir. Belə olan halda mən magistratura səviyyəsi üzrə ixtisasıma uyğun dövlət qulluğu vəzifəsini tutmaq məqsədi ilə müsabiqədə iştirak üçün qeydiyyatdan keçə bilərəm?

      Bəli, hər iki səviyyə üzrə və istədiyiniz diplomla təhsil aldığınız ixtisasa uyğun olaraq müsabiqədə iştirak üçün qeydiyyatdan keçə bilərsiniz.

      Ali təhsil müəssisəsini bitirmişəm, lakin hələ diplom almamışam. Universitetdən arayış alıb dövlət qulluğuna qəbul üzrə müsabiqədə iştirak edə bilərəmmi?

      Xeyr, iştirak edə bilməzsiniz. Müsabiqədə iştirak üçün qeydiyyat zamanı ali təhsil barədə diplom məlumatları tələb olunur. Eyni zamanda test imtahanından keçmiş namizəd imtahanın nəticələri elan edildiyi gündən 10 (on) iş günü müddətində Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət formasını doldurur və bu formaya ali təhsil haqqında sənədin (diplomun) skan edilmiş surəti əlavə edilir.

      Xarici ölkədə təhsil almışam. Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün sənədlərimi hansı qaydada təqdim etməliyəm?

      Əgər Siz Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almışsınızsa, bu zaman barənizdə dövlət qulluğuna qəbulla bağlı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsi (müsabiqə və müsahibə) tətbiq edilmir. Bu şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxslər 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri tərəfindən həmin şəxslər stajçı kimi qulluğa qəbul olunmalı və vakant dövlət qulluğu vəzifəsinə təyin edilməlidir. Qeyd olunan proqram çərçivəsində deyil digər əsaslarla xaricdə təhsil almış şəxslər müsabiqə əsasında dövlət qulluğuna qəbul edilə bilərlər.

      Müsahibədən keçib vəzifəyə təyin edilmədiyim halda müsahibənin nəticəsi neçə il qüvvədə qalır?

      Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə olduqda, Dövlət İmtahan Mərkəzi tərəfindən həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə təqdim olunurlar. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır.

      Özəl sektorda 10 ildən artıq iş stajım var. Dövlət qulluğu stajım yoxdur. Mədəniyyət Nazirliyinin Aparatında şöbə müdiri vəzifəsinin tutulması məqsədilə elan edilmiş daxili müsahibədə iştirak edə bilərəm?

      Qanunvericiliyin tələblərinə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrin, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinin tutulması məqsədilə elan edilmiş daxili müsahibələrdə həmin vəzifənin tutulma şərtlərinin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

      Müsahibəyə gələrkən hansı sənədi özümlə gətirməliyəm?

      Dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsahibələrdə namizədliyi qeydə alınmış şəxslər müsahibə binasına gələrkən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.

      Mən 15.05.2015-ci il tarixində dövlət qulluğuna qəbul edilmişəm. Ümumi müsahibə və ya daxili müsahibələrdə iştirak edə bilərəm?

      “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir.

      10.11.2019-cu ildə BB4 vəzifə altqrupuna uyğun inzibati vəzifəyə təyin olunmuşam və hazırda həmin vəzifədə qulluq keçirəm. Qulluq keçdiyim dövlət orqanında BA4 vəzifə altqrupuna uyğun inzibati vəzifə üzrə keçirilən daxili müsahibədə iştirak edə bilərəm?

      Bəli. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 29.5-ci maddəsinə əsasən, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər. Qeyd edilənlərə əsasən, yeddinci təsnifatda qulluq keçən dövlət qulluqçuları inzibati vəzifələrin yeddinci, altıncı, beşinci təsnifatlarına uyğun olan vəzifələr üzrə keçirilən daxili (və ya ümumi ) müsahibələrdə iştirak edə bilərlər.

      Dövlət qulluğunun xüsusi növündə çalışmış şəxs ümumi müsahibələrdə iştirak edə bilərmi?

      Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi və ya diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər ümumi müsahibədə iştirak hüququna malikdirlər.

      2015-ci ildə dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanında müvəffəqiyyət qazanmışam. Həmin imtahanın nəticələri əsasında müsabiqənin müsahibə mərhələsində iştirak edə bilərəmmi?

      Xeyr, iştirak edə bilməzsiniz. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

      Dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə təşkil olunan müsahibələrin keçirilmə tarixi, yeri və müsahibələrin nəticələri barədə necə məlumat əldə edə bilərəm?

      Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.gov.az) “Dövlət qulluğu” bölməsinin “Müsahibə qrafiki və nəticələri” alt bölməsinə daxil olmaqla müsahibələrin keçirilmə tarixi, yeri və müsahibələrin nəticələri barədə məlumat əldə edə bilərsiniz.

      İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya təşkil olunurmu?

      Apellyasiya komissiyasına müraciət etmək istəyənlər DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstəriləcək müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
      Bir namizədin ərizəsi (müraciəti) üzrə telefon və ya Zoom vasitəsilə ekspertlərin iştirakı ilə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

      Xarici dil üzrə fəlsəfə doktoru imtahanının nəticəsini necə əldə etmək olar?

      İddiaçılara fəlsəfə doktoru imtahanı üzrə onun nəticəsini özündə əks etdirən və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada şəhadətnamə Mərkəz tərəfindən verilir. Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.

      Xarici dil üzrə qəbul imtahanının nəticəsini necə əldə etmək olar?

      Xarici dil üzrə qəbul imtahanının nəticələrinə dair QR kodlu elektron arayışı DİM-in internet saytında aşağıdakı linkdən şəxsi kabinetin istifadəçi adı (FİN) və parolunu müvafiq sahələrə daxil etməklə əldə etmək mümkündür: https://eservices.dim.gov.az/ERIZEDOK/ARAYIS/Account/Login?erizeid=ZiSo79IR1F4%3D

      Doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında ayrı-ayrı bacarıqlar üzrə test tapşırıqlarında bal məhdudiyyəti qoyulurmu?

      Dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq bacarıqlarını yoxlayanhər bir test tapşırıqları bloku üzrə minimal bal 2-dir.

      Doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə qəbul imtahanında iştirak etməklə fəlsəfə doktoru imtahanından azad olmaq olarmı?

      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na müvafiq olaraq doktoranturaya qəbul zamanı xarici dil imtahanından bu Qaydanın 3.2-ci bəndi ilə nəzərdə tutulan qaydada müəyyən edilən mimimum balı (30 bal) toplamış iddiaçılar dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

      Xarici dillər üzrə beynəlxalq sertifikatı olan namizədlər fəlsəfə doktoru imtahanından azad ola bilərlərmi?

      Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS Academic, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunur. Həmin şəxslər sertifikatlarının notariat qaydasında təsdiq edilmiş surətini attestasiya sənədlərinə əlavə etməlidirlər. Beynəlxalq dil sertifikatları üzrə səviyyələrin xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinə ekvivalentliyi Ali Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilir.

       

      Beynəlxalq dil sertifikatları üzrə səviyyələrin xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinə ekvivalentliyi necə müəyyənləşdirilir?

      Aşağıdakı cədvəldə beynəlxalq dil sertifikatları üzrə səviyyələrin xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinə ekvivalentliyi təqdim olunmuşdur.

       

      Beynəlxalq dil sertifikatları üzrə tələb edilən səviyyə (CEFR)

      IELTS Academic

      TOEFL IBT

      TestDaF

      DELF/DALF

      STANAG

      Xarici dil üzrə DİM-də keçirilən fəlsəfə doktoru imtahanı nəticələri

      Xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinin qiymətləndirilməsi

       

      B2

      6.0

      65-78

      TDN3- TDN4 (14-15)

      DELF B2 (67-83)

      2222

                   30-35,5

                kafi

      6.5

      79-93

      TDN4 (16)

      DELF B2 (84-100)

      3333

                   36-44,5

                yaxşı

      C1 və daha yüksək

      7.0 və daha yüksək

      94 və daha yüksək

      TDN4- TDN5 (17-20)

      DALF C1 / DALF C2 (50-100)

      4444

                    45-50

                əla

       

      Beynəlxalq dil sertifikatı uyğun olmayan namizədlər DİM-in təşkil etdiyi imtahanda iştirak edə bilərmi?

      Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə imtahan verən və ya beynəlxalq sertifikat təqdim edən bütün namizədlər elektron ərizə ilə iş üçün ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalıdırlar. Namizədlər həmin kabinetin pul hesabına tələb olunan pul vəsaitini (xarici dil imtahanından azad olunanlar, yəni beynəlxalq sertifikat təqdim edənlər istisna olmaqla) əlavə etməlidir. Namizəd yalnız “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə doldurub onu təsdiqləyə bilər.

      Sertifikatı uyğun olmayan (vaxtı bitmiş, etibarsız sayılan) namizədlərə məlumat verilir və onlar istədikləri halda şəxsi kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini əlavə edib, qeydiyyatdan keçərək ərizəni təsdiqləməklə imtahanda iştirak edə bilərlər.

      Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin DİM-də keçirilən xarici dil üzrə qəbul imtahanının keçid balına ekvivalentliyi necə müəyyənləşdirilir?

      Beynəlxalq dil sertifikatının   imtahan   nəticələrinin   keçid   balına ekvivalentliyi AMEA   və   Təhsil   Nazirliyi   ilə razılaşdırılmaqla,   DİM   tərəfindən   müəyyənləşdirilir. Təqdim edilmiş   sertifikatların   həqiqiliyi   və   qüvvədə   olması   yoxlanıldıqdan sonra   onların sahibləri   xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Sertifikatı uyğun olan namizədlərə təqdim etdikləri beynəlxalq sertifikatdakı bala əsasən xarici dil üzrə DİM-də keçirilən qəbul imtahanı nəticələrinə ekvivalent arayış təqdim olunur.

      Xarici dillər üzrə beynəlxalq sertifikatı olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad ola bilərlərmi?

      Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli etibarlı beynəlxalq dil sertifikatına (IELTS Academic (5.5), TOEFL (46-64), TestDaF (TDN 3-TDN4) , DELF/DALF (50-66), STANAG (2222) malik olanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Həmin şəxslər doktoranturaya qəbul zamanı DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin və sertifikatlarının surətini DİM-də yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər.

      Xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının məzmunu, imtahanın keçirilmə qaydası, nəticələrinin qiymətləndirilməsi meyarları və keçid balı necə müəyyənləşdirilir?

      Xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının məzmunu, imtahanın keçirilmə qaydası, nəticələrinin qiymətləndirilməsi meyarları və keçid balı Ali Attestasiya Komissiyasə ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal bloklar üzrə müvafiq bal məhdudiyəti nəzərə alınmaqla 30 bal, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal (məqbul) müəyyənləşdirilib.

      İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir.

      Doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının strukturu necədir?

      Xarici dil üzrə həm qəbul, həm də fəlsəfə doktoru imtahanı qrammatik qaydalar üzrə 5 qapalı və 5 açıq test tapşırığı, danışıq üzrə ümumi dəyəri 10 bal olmaqla 3 tapşırıq, dinləyib-anlama bacarığı üzrə dialoq və monoloq tipli mətn üzrə 10 qapalı test tapşırığı, oxuyub-anlama mətni üzrə 10 qapalı test tapşırığı və yazı bacarığı üzrə 10 balla qiymətləndirilməklə (qəbul üçün esse tipli yazı, fəlsəfə doktoru imtahanı üçün isə bir vizual məlumatın təsviri üzrə) yazı tapşırığından ibarətdir.

      Doktorantura vә dissertantura səviyyəsində xarici dil üzrә qəbul və ya fəlsəfə doktoru imtahanda iştirak etmәk üçün necə qeydiyyatdan keçmək lazımdır?

      Elektron ərizə ilə iş üçün namizəd ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalı və həmin kabinetin pul hesabına tələb olunan pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidir. Namizəd yalnız “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə doldurub onu təsdiqləyə bilər.

      Namizəd https://eservices.dim.gov.az/erizedok/erize internet səhifəsinə daxil olur, login bölməsində “Şəxsi kabinet”inin istifadəçi adını və parolu müvafiq sahələrə daxil edib “Daxil ol” düyməsini basır.

      Elektron ərizə forması şəxsi məlumatlar, təhsil haqqında məlumatlar və imtahan məlumatları təsvir edilən bölmələrdən ibarətdir.

      “Şəxsi məlumatlar” bölməsində namizəd heç bir dəyişiklik edə bilməz (bu məlumatları yalnız “Şəxsi kabinet”də dəyişmək olar). Bu bölmədə yalnız elektron poçt ünvanını qeyd edilməlidir.

      “Təhsil haqqında məlumatlar” bölməsində namizəd magistratura səviyyəsində, yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim‐mütəxəssis) təhsili haqqında məlumatları müvafiq bölmələrdə qeyd etməlidir. Magistratura (tibbi təhsildə həkim‐mütəxəssis) təhsilini Azərbaycan Respublikasında bitirən namizədlər haqqında məlumatlar Tələbə-Məzun Dövlət İnformasiya Sistemində (TMMS) olmalıdır. Bu bölmədəki “TMMS” düyməsini sıxmaqla həmin məlumatları görmək olar. Əgər namizədin təhsili haqqında məlumatlar TMMS‐də aşkar edilməsə, namizəd müvafiq bölmədə diplomun sürətini yükləməlidir. Yalnız bundan sonra namizəd ərizəsini təsdiq edə bilər. Etibarsız sənəd sistemə yüklənməsi aşkar edildikdə ərizənin təsdiqi ləğv edilir.

      “İmtahan məlumatları” bölməsində namizədin imtahan verəcəyi bölmə, imtahan verəcəyi xarici dil və xarici dil sertifikatı haqqında məlumatlar əks edilir. Əgər namizədin imtahan verəcəyi xarici dil üzrə qüvvədə olan (tələblərə uyğun) sertifikatı varsa, onun haqqında məlumatı xarici dil sertifikatı sahəsində qeyd etməlidir. Xarici dil sertifikatı DİM tərəfindən yoxlanıldıqdan sonra namizəd ərizəsini təsdiq edə bilər.

      Diqqət! Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin və sertifikatlarının əslini və surətini əvvəlcədən elan olunan tarixlərdə DİM-də yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. İmtahana yalnız ərizəsi təsdiq edilən namizədlər buraxılacaqlar.

      Dövlət İmtahan Mərkəzi doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanları keçirir?

      Doktorantura və dissertanturaya qəbul zamanı yalnız xarici dil üzrə qəbul imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (Mərkəz) tərəfindən keçirilir. Digər imtahanlar (fəlsəfə və ixtisas) ali təhsil müəssisələrində təşkil olunur. Xarici dil üzrə qəbul imtahanında keçid balı (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar. Mərkəz eyni zamanda, xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarını da keçirir.

      Qəbul imtahanında 30 və daha çox bal toplamış namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

      Dövlət qulluğu, insan resurslarının idarə edilməsi və işgüzar istiqamətli təlimləri kimlər keçəcək?

      Təlimçilər Mərkəzin sahə üzrə fəaliyyət göstərən və ixtisaslaşan əməkdaşlarıdır.

      Mən rayonda yaşayıram, təlimlərin(dövlət qulluğu, insan resurslarının idarə edilməsi və işgüzar istiqamətli təlimlər) regionlarda keçirilməsi planlaşdırılır?

      Vətəndaşların rahatlığının və təlimlərin əlçatan olmasının təmin edilməsi məqsədilə dövlət qulluğu, insan resurslarının idarə edilməsi və işgüzar istiqamətli distant təlimlər də keçirilir.

      Dövlət qulluğu, insan resurslarının idarə edilməsi və işgüzar istiqamətli təlimlərin sertifikatının hərhansı bir üstünlüyü olacaq?

      Təlimlər müəyyən mövzular üzrə iştirakçıların biliklərini artırmağı hədəfləyir. Sertifikat şəxsin həmin təlim kursunu keçdiyinin sübütudur, lakin dövlət qulluğuna qəbul üçün keçirilən müsahibələrdə güzəşt ünsürü deyildir.

      Dövlət qulluğu, insan resurslarının idarə edilməsi və işgüzar istiqamətli təlimlərdə sonda iştirakçılara sertifikat veriləcək?

      Bəli, təlimdə iştirak edən şəxslərə sertifikat təqdim olunur.

      Dövlət qulluğu, insan resurslarının idarə edilməsi və işgüzar istiqamətli təlimlərə necə qeydiyyatdan keçə bilərəm?

      Təlimlərdə iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://exidmet.dim.gov.az/elimt/telim

      Dövlət qulluğu, insan resurslarının idarə edilməsi və işgüzar istiqamətli təlimlər hansı formatda keçirilir?

      Təlimlər həm əyani, həm də distant formada keçirilir.

      Dövlət qulluğu, insan resurslarının idarə edilməsi və işgüzar istiqamətli təlimlər ödənişlidir?

      Bəli, hər modul üzrə ödəniş 100 Azn-dir.

      Sizi maraqlandıran suala cavab öz əksini tapmayıb? 
      Təqdim olunan formanı dolduraraq öz sualınızı göndərə bilərsiniz
      Sual ver
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram