İdarəetmə orqanları
İdarəetmə orqanları
Mərkəzin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.
Mərkəzin Müşahidə Şurası Mərkəzə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir.
Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyul 2024-cü il tarixli 228№-li Sərəncamı ilə Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri:
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
İdris İsayev – Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Anar Kərimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
İdarə Heyəti
Mərkəzin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və sədrin 2 (iki) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyul 2024-cü il tarixli 229№-li Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyul 2024-cü il tarixli 230№-li Sərəncamı ilə Bəhram Bəhmən oğlu Xəlilov Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyul 2024-cü il tarixli 231№-li Sərəncamı ilə Namiq Əsgər oğlu Babayev Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini təyin edilib.