Təhsilin Qiymətləndirilməsi üzrə Avropa Assosiasiyası
Təhsilin Qiymətləndirilməsi üzrə Avropa Assosiasiyası 2000-ci ildə təsis olunub. Assosiasiya təhsildə qiymətləndirmə sahəsi üzrə tədqiqatçı və mütəxəssislər üçün aparıcı təşkilatlardan biridir. Təşkilatın əsas məqsədi Avropa və dünyada qiymətləndirmə sahəsində əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsidir. Hazırda Assossiasiya 19 müxtəlif ölkədən 37 korporativ üzv daxil olmaqla 161 qeydiyyatdan keçmiş üzvdən ibarətdir və hər il keçirilən konfranslarda Assossiasiya 25-dən çox ölkədən gələn 250-yə yaxın iştirakçıya ev sahibliyi edir.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti 7-10 noyabr 2018-ci il tarixlərində Niderland Krallığının Arnhem və Nijmegen şəhərlərində keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Avropa Assosiasiyasının 19-cu illik konfransında iştirak edib. Konfransın təşkilatçılığını dünyada qiymətləndirmə sahəsinin inkişafına uzun müddət töhfə verən və DİM (əvvəlki TQDK) ilə də davamlı olaraq elmi-metodiki əməkdaşlıq edən Cito (Təhsildə Ölçmə İnstitutu) təşkilatı edib. Tədbirin partnyor təşkilatlarından biri də Dövlət İmtahan Mərkəzi olub. Konfransın mövzusu "Gələcək təhsilin qiymətləndirilməsinə körpülər" idi.