Dövlət İmtahan Mərkəzində (DİM) rus dili fənni üzrə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ikinci mərhələsinin (praktik) birinci məşğələsi keçirilib.
Hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani formada keçirilib.
Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər və metodistlər iştirak ediblər.
Moderator – Viktoriya Ələkbərova kurs iştirakçılarının hazırladıqları tapşırıqların müzakirəsini aparıb. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar müzakirə ilə bağlı fikirlərini bildirərək, təkliflər veriblər. Moderator iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Növbəti həftə müzakirələr davam edəcək.