Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.
Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderator Anar Rəşidov cavabı yazı ilə ifadə olunan tapşırıqların və onların qiymətləndirmə meyarlarının hazırlanmasına verilən tələblərlə bağlı təqdimat edib.
Hazırlıq kursunun növbəti məşğələsi 8 may 2023-cü il tarixində keçiriləcək.