Hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani formada, regiondan olan iştirakçılar üçün isə onlayn qaydada keçirilib.
Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderator Elşad Abdullayev ölkənin təhsil sistemində tətbiq edilən milli və beynəlxalq qiymətləndirmə formaları barədə təqdimatla çıxış edib. O, milli və beynəlxalq qiymətləndirmədə, həmçinin qəbul imtahanında istifadə edilən tapşırıq növləri barədə də məlumat verib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun üçüncü məşğələsi növbəti həftə keçiriləcək.