Təlim zamanı layihənin eksperti Gülzar Quliyeva tərəfindən təqdimatlar nümayiş olunub və iştirakçılarla təlim vermə qabiliyətlərini inkişaf etdirmək haqqında müzakirələr aparılıb.
Təlimin ilk günü nəzəri xarakter daşıyıb və “Təlimə münasibət”, “Təlimin strukturu”, “Təlimə hazırlıq”, “Təlimçilərin tipləri” kimi mövzuları əhatə edən ətraflı təqdimat nümayiş olunub.
Təlimin 2-ci günü isə həm nəzəri həm praktiki məşğələ ilə davam edib. Belə ki, Auditorayada “ekspert”-in idarə edilməsi, “Auditoriyada müxtəlif vəziyyətlərin idarə edilməsi”, eyni zamanda iştirakçılar tərəfindən təqdimat verilməsi və qiymətləndirilməsi üzrə çıxış edilib.
Qeyd edək ki, iyun ayı ərzində layihənin ekpertləri tərəfindən müxtəlif istiqamətləri əhatə edən təlimlər təqdim olunacaq.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.
Layihə ilə əlaqəli digər xəbərlərə keçidlər:
https://dim.gov.az/news/10238/
https://dim.gov.az/news/10706/