Dövlət İmtahan Mərkəzində (DİM) fizika fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.
Hazırlıq kursu həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderator Əlövsət Rəcəbli kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçirib.
Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Beləliklə, hazılıq kursunun ikinci mərhələsi başa çatmışdır.
Növbəti mərhələdə Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçılar DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında, regionlardan olan iştirakçılar isə DİM-in müvafiq Regional Bölmələrində cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması (kalibrləmə) prosesindən keçəcəklər.