İclaslarda Azərbaycan dili fənni üzrə ümumi orta (9 illik) təhsil bazasından buraxılış imtahanı modelinə uyğun, Azərbaycan dili (dövlət dili) fənnindən isə tam orta (11 illik) təhsil səviyyəsi üzrə imtahan modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi aparılıb.
İngilis dili fənnindən iclasda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış, informatika fənnindən iclasda isə I ixtisas qrupu üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanları üçün hazırlanmış tapşırıqların müzakirəsinin davamı olub.
Hər bir tapşırığın müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluğu yoxlanılıb.
Qeyd edilən məsələlərlə bağlı iştirakçılar fikirlər bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclası 20 noyabr 2023-cü il tarixində olacaq.