Dövlət İmtahan Mərkəzi tərəfindən 14 aprel 2024-cü il tarixində dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanaraq sertifikat əldə etmək üçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusuna və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrinə müraciət edərək həftənin iş günləri saat 09:00-dan 17:00-a kimi (nahar fasiləsi (13:00-14:00) istisna olmaqla) əldə edə bilərlər.
Sertifikatı DİM-in regional bölmələrindən əldə etmək üçün azı bir həftə əvvəl info@dim.gov.az elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.