Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun dördüncü məşğələsi keçirilib.
Hazırlıq kursu həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderator Əlövsət Rəcəbli cavabı yazı ilə ifadə olunan tapşırıqların və onların meyarlarının hazırlanmasına verilən tələblərlə bağlı təqdimat edib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun beşinci məşğələsi 29 mart 2023-cü il tarixində keçiriləcək.