Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.
Hazırlıq kursu həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderator – Nərminə Seyfullayeva ali təhsil müəssisələrinə qəbul imtahanları üçün qiymətləndirmə vasitələrinin, o cümlədən, cavabı yazı ilə ifadə olunan tapşırıqların hazırlanmasına dair tələblərlə bağlı təqdimat edib. Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun dördüncü məşğələsi növbəti həftə keçiriləcək.