Görüşdə dövlət qulluğuna qəbul, dövlət qulluğunda ehtiyat kadrlar siyahısından analoji vakant vəzifəyə təyinat və dövlət qulluğu stajı ilə bağlı 3 vətəndaşın müraciətinə baxılıb.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.