Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili fənləri üzrə iclasların gündəlik məsələsi tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün proqramların müzakirəsi olub.
Müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2022-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən olunub. Dərsliklərdə olan yeniliklər, dəyişikliklər nəzərə alınmır.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
24 oktyabr 2022-ci il tarixində müzakirələr davam etdiriləcək.