Fizika fənnindən iclasda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün I və IV ixtisas qrupları üzrə imtahan modelinə uyğun cavabı yazı ilə ifadə edilən açıq tipli və situasiya tapşırıqlarının müzakirəsi olub.
Rus dili (tədris dili) fənnindən iclasda ümumi orta (9 illik), tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modellərinə uyğun sınaq imtahanları üçün qapalı, açıq və cavabı yazı ilə ifadə edilən tapşırıq nümunələrinin müzakirəsi davam etdirilib.
Rus dili (xarici dil) fənnindən iclasda isə ümumi orta (9 illik), tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları modelinə uyğun olaraq seçilmiş mətnlər və onlara verilən tapşırıqlar müzakirə edilib.
İclaslarda hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluq baxımından təhlil edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
Müzakirələr nəticəsində sınaq imtahanları üçün variantlar formalaşdırılıb.
İşçi qruplarının növbəti iclasları 25 oktyabr 2023-cü il tarixində olacaq.