Fizika, biologiya və tarix fənləri üzrə məşğələlərdə kurs iştirakçıları tərəfindən ev tapşırığı kimi hazırlanmış referatlar təqdim olunub. Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Məşğələnin sonunda iştirakçılar kalibrləmə prosesi ilə tanış olublar.
Kalibrləmə prosesindən uğurla keçmiş müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasında (marker kimi) DİM-lə əməkdaşlıq edə bilərlər.
Rus dili fənni üzrə məşğələnin mövzusu isə “Qiymətləndirmə meyarlarının hazırlanması” olub.
Növbəti həftə fizika və rus dili fənləri üzrə hazırlıq kurslarının məşğələləri davam etdiriləcək.