Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ilk məşğələsi keçirilib
Hazırlıq kursu həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursunda DİM-in şöbə müdiri Afiqə Batıyeva kursun iş planı və qrafiki haqqında məlumat verib.
Sonra moderator – Nərminə Seyfullayeva müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat edib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun ikinci məşğələləsi növbəti həftə keçiriləcək.