Görüşdə dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, inzibati vəzifələrin ümumi müsahibə yolu ilə tutulması ilə əlaqədar vətəndaşların müraciətlərinə baxılıb.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan məsələlər yerində həll edilib, eyni zamanda qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.