• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      2024-cü ildə doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanında iştirak edəcək şəxslərin nəzərinə!

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti
      13.04.2023 02:03

      Bildiyiniz kimi, doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanında namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxs) və iddiaçıların (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üçün xarici dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, dillər üzrə oxu, dinləyib-anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadə vərdişlərinin, söz ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi aparılır.

      Belə ki, doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə imtahan modelinin strukturu dinləyib-anlama bacarığı üzrə dialoq və monoloq tipli mətn üzrə 10 qapalı test tapşırığı, oxuyub-anlama bacarığını yoxlayan mətn üzrə 10 qapalı tipli test tapşırığı, dil biliyi üzrə 5 qapalı və 5 açıq tipli test tapşırığı, danışıq üzrə ümumi dəyəri 10 bal olmaqla 3 tapşırıq və yazı bacarığı üzrə 10 balla qiymətləndirilən esse və ya vizual məlumatın təsviri üzrə tapşırıqdan ibarətdir. Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın məzmunundan asılı olaraq dəyişir. Xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçən namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunduğu halda, fəlsəfə doktoru imtahanında iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram və s.) təsvirini vermək tələb olunur.

      Məlumat üçün bildiririk ki, hazırda doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə tətbiq edilən imtahan modelinin məzmununun Kembric Universiteti Nəşriyyatı və Qiymətləndirmə Sindikatının mütəxəssislərinin rəy və tövsiyələrinə əsasən CEFR-ın müvafiq səviyyəsinə (B2) tam uyğunlaşdırılması istiqamətində işlər görülür. Görülmüş işlərin müsbət nəticəsi olaraq, növbəti ildən yuxarıda təsvir olunmuş imtahan modelinin strukturunda və məzmununda müvafiq dəyişikliklərin tətbiq olunması nəzərdə tutulur.

      2024-cü ildən etibarən keçiriləcək doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanı yeni model əsasında təşkil olunacaq. Yeni modelə əsasən imtahanverənlərin dil bilikləri (leksik və qrammatik) daha çox praktik şəkildə, yəni məzmun daxilində yoxlanılacaq. Həmçinin, oxu bloku üzrə hər biri 5 tapşırıqdan ibarət iki mətn təqdim olunacaq. Bundan başqa, yazı bloku üzrə imtahanverənlərdən həm esse, həm də vizual məlumatın təsvir edilməsi tələb olunacaq. Namizəd və iddiaçılar növbəti ildə istifadə olunacaq imtahan modeli ilə yeni tədris ilinin əvvəlində tanış ola biləcəklər.

      Dövlət İmtahan Mərkəzinin beynəlxalq tərəfdaşlarla aparılmış tədqiqatyönümlü silsilə layihələrinə, müəllimlərin peşəkar inkişafı və xarici dillər üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində gördüyü işlərə, aparılmış statistik təhlillərə və ümumilikdə ölkədə təhsilin inkişafına verdiyi töhfəyə əsaslanaraq, xarici dillərin qiymətləndirilməsi sahəsində tətbiq edəcəyi yeni qiymətləndirmə modelini ali təhsilin ən yüksək səviyyəsində namizəd və iddiaçıların hazırlığının yoxlanılması üçün məqsədəuyğun hesab edirik.

      *Qeyd edək ki, 11 iyun 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan doktoranturaya qəbul imtahanının, eləcə də xarici dillər üzrə fəlsəfə doktoru imtahanının (o cümlədən 10 dekabr 2023-cü ildə keçiriləcək) strukturunda hər hansı bir dəyişikliyin edilməsi nəzərdə tutulmur.


      Foto
      • 1
      • 1

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram