İclaslarda buraxılış və qəbul imtahanları modellərinə uyğun sınaq imtahanları üçün hazırlanmış tapşırıqların müzakirəsi aparılıb.
Azərbaycan dili fənni üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinifinə qəbul imtahanı, Azərbaycan dili (dövlət dili) fənnindən tam orta (11 illik), ingilis dili fənnindən tam orta (11 illik) təhsil bazasından buraxılış, informatika fənnindən isə I ixtisas qrupu üzrə qəbul imtahanları modellərinə uyğun sınaq imtahanları üçün tapşırıqların müzakirəsi aparılıb. Azərbaycan dili, Azərbaycan dili (dövlət dili) və ingilis dili fənlərindən mətnlər və mətnlərə verilən tapşırıqlar, İnformatika fənnindən isə “Alqoritmlər” və “Proqramlaşdırma” bölmələrinə aid cavabı yazı ilə ifadə olunan tapşırıqlar təhlil edilib. Hər bir tapşırığın müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluğu yoxlanılıb.
Qeyd edilən məsələlərlə bağlı iştirakçılar fikirlər bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclası 30 oktyabr 2023-cü il tarixində keçiriləcək.