Hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn formada keçirilib.
Kursda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderator Elşad Abdullayev ali təhsil müəssisilərinə qəbul imtahanı üçün situasiya tapşırıqlarına və onların meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış edib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Beləliklə, kursun birinci mərhələsi başa çatıb. İştirakçılara ev tapşırığı verilib. Növbəti məşğələdə ev tapşırıqlarının müzakirəsi aparılacaq.