Hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani formada, regiondan olan iştirakçılar üçün isə onlayn keçirilib.
Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kursunun məqsədi haqqında təqdimatla çıxış edib. O qeyd edib ki, birinci mərhələdə iştirakçılara fənn kurikulumunun mahiyyəti, ölkənin təhsil sistemində tətbiq edilən qiymətləndirmə formaları və qəbul imtahanlarında istifadə edilən tapşırıq növləri haqqında məlumat verilir.
Sonra moderator – Elşad Abdullayev müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat edib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun ikinci məşğələsi növbəti həftə keçiriləcək.