Hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani formada, regiondan olan iştirakçılar üçün isə onlayn qaydada keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kursularının məqsədi haqqında təqdimatla çıxış edib. O qeyd edib ki, birinci mərhələdə iştirakçılara fənn kurikulumunun mahiyyəti, ölkənin təhsil sistemində tətbiq edilən qiymətləndirmə formaları və qəbul imtahanlarında istifadə edilən tapşırıq növləri haqqında məlumat verilir.
Sonra moderatorlar – fizika fənni üzrə Əlövsət Rəcəbli və rus dili (tədris dili) fənni üzrə isə Viktoriya Ələkbərova müvafiq fənn kurikulumlarının mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarının ikinci məşğələləri növbəti həftə keçiriləcək.