Gündəlik məsələ qəbul imtahanları modellərinə uyğun onlayn sınaq imtahanları üçün hazırlanmış test tapşırıqlarının müzakirəsinin davamı olub.
İclaslarda coğrafiya fənnindən II və III (TC altqrupu), riyaziyyat fənnindən isə I və II ixtisas qrupları üzrə sınaq imtahanları üçün hazırlanmış test tapşırıqlarının müzakirəsi olub. Hər bir tapşırığın müvafiq fənn kurikulumunun təlim nəticələrinə, istifadədə olan dərsliklərə uyğunluğu yoxlanılıb. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclası 3 noyabr 2023-cü il tarixində olacaq.