Dövlət İmtahan Mərkəzində qəbul imtahanında coğrafiya fənni üzrə istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun üçüncü məşğələsi keçirilib.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderator Nərminə Seyfullayeva cavabı yazı ilə ifadə olunan tapşırıqların hazırlanması ilə bağlı təqdimatla çıxış edib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun dördüncü məşğələsi növbəti həftə keçiriləcək.