Gündəlik məsələlər qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin və onlayn sınaq imtahanı üçün hazırlanmış tapşırıqların müzakirəsinin davamı olub.
İclaslarda coğrafiya fənnindən II və III (TC altqrupu) ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun test tapşırıqlarının, riyaziyyat fənnindən isə I və II ixtisas qrupları üzrə onlayn sınaq imtahanı üçün cavabı yazı ilə ifadə olunan tapşırıqların müzakirəsi olub. Hər bir tapşırığın müvafiq fənn kurikulumunun təlim nəticələrinə, istifadədə olan dərsliklərə uyğunluğu yoxlanılıb. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar fikirlər bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclası 17 noyabr 2023-cü il tarixində olacaq.