İdman istiqamətinin 6124-cü (Kanoe və avarçəkmə ixtisası) komissiyası üzrə 30 iyul 2026-cı il tarixində açıq havada keçirilməsi planlaşdırılan avarçəkmə imtahanı əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq 5 avqust 2026-cı il tarixinə keçirilib. Qeyd edilən komissiya üzrə 31 iyul 2026-cı il tarixində keçiriləcək üzgüçülük imtahanının tarixində hər hansı dəyişiklik nəzərdə tutulmayıb
Abituriyentlər yeni tarix üçün imtahana buraxılış vərəqələrini buradan çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir.
Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və qabiliyyət imtahanına buraxılış vərəqəsini mütləq gətirməlidirlər.İdman istiqaməti üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) müvafiq idman geyimi və sağlamlıq haqqında tibbi arayış (U086 - peşəyə yararlığı haqqında həkim rəyi hissəsində “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır) gətirməlidir.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.