Gündəlik məsələlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı proqramı və “otk.az” onlayn sınaq imtahanı platformasında yerləşdirilməsi nəzərdə tutulan materialların müzakirəsi olub.
Azərbaycan dili fənni üzrə iclasda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı üçün proqram müzakirə edilmişdir.
Azərbaycan dili (dövlət dili) fənnindən iclasda tam orta (11 illik) təhsil səviyyəsi üzrə imtahan modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi aparılıb.
İngilis dili fənnindən iclasda isə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış, informatika fənnindən isə I ixtisas qrupu üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanları üçün tapşırıqların müzakirəsi aparılıb. Hər bir tapşırığın müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluğu yoxlanılıb.
Qeyd edilən məsələlərlə bağlı iştirakçılar fikirlər bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclası 6 noyabr 2023-cü il tarixində keçiriləcək.