Seminarda sığorta sahəsində müstəqil ekspertlər üçün keçirilən imtahanlar üzrə kurator, Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri S.Cəfərova kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatının verilməsi məqsədilə 19 dekabr 2025-ci il tarixində keçirilmiş imtahanda istifadə olunmuş test tapşırıqları və imtahan iştirakçılarının hər bir tapşırıq üzrə nəticələrini əks etdirən təqdimatla çıxış edib. Təqdimat əsasında imtahan nəticələri və statistik göstəricilər ətraflı müzakirə olunub.
Seminar çərçivəsində iştirakçılar imtahan proqramı və məzmununun gələcək dövrlərdə daha da təkmilləşdirilməsi, ekspert fəaliyyəti ilə bağlı müasir yanaşmaların tətbiqi, habelə praktiki aspektlərin imtahan məzmununda mərhələli şəkildə daha geniş əks etdirilməsi ilə bağlı fikir və təkliflər səsləndiriblər.
Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri R. Səmədli çıxış edərək müstəqil sığorta eksperti fəaliyyəti üçün müəyyən edilmiş tələblər və davranış səriştələrinin imtahan məzmununda əhatə olunmasının əhəmiyyətini vurğulayıb. Müzakirələr zamanı ekspertlərin praktiki fəaliyyətində rast gəlinən hallara dair tapşırıqların imtahan məzmununa əlavə olunması istiqamətində gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.