Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun altıncı məşğələsi keçirilib.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri, magistrlər iştirak ediblər.
Moderator Nərminə Seyfullayeva kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçirib.Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun növbəti məşğələsi 14 aprel 2023-cü il tarixində keçiriləcək.