Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə qəbul imtahanlarında və ingilis dili fənni üzrə isə buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının dördüncü məşğələləri keçirilib.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderatorlar – kimya fənni üzrə Elşad Abdullayev, ingilis dili fənni üzrə isə Nərminə Əliyeva cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarlarının hazırlanmasına verilən tələblərlə bağlı təqdimatlar ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarının beşinci məşğələsi növbəti həftə keçiriləcək.