DİM-də ingilis dili fənni üzrə buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ilk mərhələsinin üçüncü məşğələsi keçirilib.
Hazırlıq kursu onlayn formada keçirilib.
Kursda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və magistrlər iştirak ediblər.
Moderator – Nərminə Əliyeva fənn kurikulumunun müəyyən etdiyi birinci məzmun xətti (Dinləyib-anlama) üzrə dinləmə bacarıqlarının yoxlanılması üçün mətnlərin, mətn əsasında tapşırıqların və onların meyarlarının hazırlanması barədə məlumat verib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun dördüncü məşğələsi növbəti həftə keçiriləcək.