7 aprel 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun məsləhətçisi Gülü Həsənova tərəfindən “9-cu sinif şagirdlərin buraxılış imtahanına psixoloji hazırlığı” mövzusunda vebinar keçirilib. “Zoom” vasitəsilə keçirilən vebinara 41 nəfər qoşulub, həmçinin e-psixoloq.az “Instagram” səhifəsi ilə canlı yayım edilib.
Vebinarda imtahanının vacibliyi, imtahan stresi, onun həyatımıza təsiri və streslə mübarizə yolları barədə məlumat verilib.
Vebinar zamanı iştirakçıların sualları cavablandırılıb və tövsiyələr verilib.
Vebinarlar haqqında daha ətraflı məlumat almaq istəyən şəxslər aşağıda qeyd olunan mənbələrə müraciət edə bilərlər:
– e-psixoloq.az (sayt)
– @e_psixoloq.az (instaqram)
– @epsixoloqaz (feysbuk)