İki il öncə məlumat verildiyi kimi, 2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək. Məlumat üçün bildiririk ki, bu müddət ərzində yeni imtahan modeli aprobasiyadan keçirilmiş, modelə dair tapşırıq nümunələri Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə nəşr olunmuş ümumtəhsil müəssisələrinin 8 və 9-cu sinif dərsliklərinə uyğun hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitablarında (ingilis dili fənnindən) verilmişdir.
Yeni imtahan modelinə dair ingilis dili fənnindən tapşırıq nümunələri, dinləmə mətni və şəkil üzrə tapşırığın (26 saylı) qiymətləndirmə meyarları ilə (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz.
Tapşırıq nümunələri (ingilis dili)
Qiymətləndirmə meyarları (Azərbaycan dilində)
Qiymətləndirmə meyarları (Rus dilində)
Nəzərinizə çatdırırıq ki, proqram, imtahanda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.