İclasda gündəlik məsələ 16 aprel 2022-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən və açıqlanan bir variantın müzakirəsi olub.
Tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib. İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib. Test tapşırıqları şagirdlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib.
Növbəti iclasda müzakirələr davam etdiriləcək.