• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilir

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      Qeydiyyat prosesi 2024-cü il aprelin 15-dən mayın 6-dək internet vasitəsilə aparılır

      15.04.2024 01:51

      Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

      I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2024-cü il aprelin 15-dən 6 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

      Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb. Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi) vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.

      Müsabiqədə iştirak ödənişlidir.

      Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı DİM-in göstərdiyi ödənişli xidmətlər və onlara edilən güzəştlər haqqında məlumat

       “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Bu kateqoriyadan olan abituriyentlər I ixtisas qrupunun RK və Rİ altqruplarının hər ikisini seçdikləri halda “İnformatika”, III ixtisas qrupunun DT və TC altqruplarının hər ikisini seçdikləri halda isə “Coğrafiya” fənni üzrə imtahanda iştirak etmək üçün müvafiq qaydada əlavə ödəniş edirlər.

      “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

      - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

      - şəhid ailəsinin üzvləri;

      - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

      - məcburi köçkün statusu olan şəxslər;

      - I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

      Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetinlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

      Qeyd 1. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu əvvəlcədən elan olunduğu kimi, 11 may – 31 iyul tarixlərində  internet vasitəsilə aparılacaq.

      Qeyd 2. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 1-15 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.


      Foto
      • 1
      • 1

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 33
      © 2025 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram