• Llinkedin
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Telegram
Sual-cavab
Şəxsi kabinet
English version
1653
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
BAŞ SƏHİFƏ
MƏRKƏZ
  • Ümumi məlumat
  • İdarəetmə orqanları
  • Struktur
  • Regional bölmələr
  • Beynəlxalq əməkdaşlıq
  • Hesabatlar
  • Vakansiyalar
  • Açıq məlumatlar
FƏALİYYƏT
  • Qəbul və imtahanlar
  • Dövlət qulluğu
  • Tədqiqat
  • Digər fəaliyyət
MƏTBUAT
  • Xəbərlər
  • Media təqib
  • Multimedia
  • Mətbuat xidməti
SƏNƏDLƏR
TƏQVİM
XİDMƏTLƏR
  • E-XİDMƏTLƏR
  • DÖVLƏT XİDMƏTLƏRİ
ƏLAQƏ
  • Əlaqə məlumatları
  • Online müraciət
  • Sual - cavab
  • Vətəndaşların qəbulu
Ещё
    Dövlət İmtahan Mərkəzi
    BAŞ SƏHİFƏ
    MƏRKƏZ
    • Ümumi məlumat
    • İdarəetmə orqanları
    • Struktur
    • Regional bölmələr
    • Beynəlxalq əməkdaşlıq
    • Hesabatlar
    • Vakansiyalar
    • Açıq məlumatlar
    FƏALİYYƏT
    • Qəbul və imtahanlar
    • Dövlət qulluğu
    • Tədqiqat
    • Digər fəaliyyət
    MƏTBUAT
    • Xəbərlər
    • Media təqib
    • Multimedia
    • Mətbuat xidməti
    SƏNƏDLƏR
    TƏQVİM
    XİDMƏTLƏR
    • E-XİDMƏTLƏR
    • DÖVLƏT XİDMƏTLƏRİ
    ƏLAQƏ
    • Əlaqə məlumatları
    • Online müraciət
    • Sual - cavab
    • Vətəndaşların qəbulu
    Ещё
      Dövlət İmtahan Mərkəzi
      • BAŞ SƏHİFƏ
      • MƏRKƏZ
        • Geriyə
        • MƏRKƏZ
        • Ümumi məlumat
        • İdarəetmə orqanları
        • Struktur
        • Regional bölmələr
        • Beynəlxalq əməkdaşlıq
        • Hesabatlar
        • Vakansiyalar
        • Açıq məlumatlar
      • FƏALİYYƏT
        • Geriyə
        • FƏALİYYƏT
        • Qəbul və imtahanlar
        • Dövlət qulluğu
        • Tədqiqat
        • Digər fəaliyyət
      • MƏTBUAT
        • Geriyə
        • MƏTBUAT
        • Xəbərlər
        • Media təqib
        • Multimedia
        • Mətbuat xidməti
      • SƏNƏDLƏR
      • TƏQVİM
      • XİDMƏTLƏR
        • Geriyə
        • XİDMƏTLƏR
        • E-XİDMƏTLƏR
        • DÖVLƏT XİDMƏTLƏRİ
      • ƏLAQƏ
        • Geriyə
        • ƏLAQƏ
        • Əlaqə məlumatları
        • Online müraciət
        • Sual - cavab
        • Vətəndaşların qəbulu
      • Şəxsi kabinet
      • English version
      • Facebook
      • Linkedin
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram
      • Baş səhifə
      • Xəbərlər

      Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodik seminar

      • Xəbərlər
      • Media təqib
      • Multimedia
      • Mətbuat xidməti

      2018-ci il noyabrın 12-də Dövlət İmtahan Mərkəzində 2019 – 2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız və rus dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodik seminar iclası keçirilmişdir

      13.11.2018 05:43

      Seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak etmişlər. Seminar iclasında 2019 – 2020-ci tədris ili üçün xarici dillər üzrə magistraturaya qəbul imtahanının proqramlarının layihəsi müzakirə edilmiş, habelə dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulan test bloku üzrə fikir mübadiləsi aparılmışdır. Seminarı giriş sözü ilə açan DİM-in Magistratura üzrə sektorunun müdiri Məhəbbət Əkbərli magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanının məqsədi və məzmunu, test imtahanı ilə yoxlanılması nəzərdə tutulan xarici dil bacarıqları, Azərbaycanın dünyaya sürətlə inteqrasiya olunduğu müasir şəraitdə xarici dillərin öyrənilməsinə qoyulan tələblər barəsində ətraflı məlumat vermişdir. O, növbəti qəbul imtahanında Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini xarici dil kimi seçmək imkanının verilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. O vurğulamışdır ki, magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı iхtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verir. Ona görə də magistraturaya daxil olmaq istəyən bakalavrlar öz ixtisasları ilə yanaşı, xarici dilləri də mükəmməl surətdə mənimsəməyə çalışmalıdırlar. Xarici dili mükəmməl bilmək ondan şifahi və yazılı şəkildə sərbəst ünsiyyət saxlamaq, müasir dövrün tələbləri səviyyəsində oxu, yazı, danışıq və dinləyib-anlama bacarıqlarına, zəruri söz ehtiyatına və qrammatik minimuma yiyələnmək deməkdir.

      DİM-in aparıcı məsləhətçisi Aynur Bayramlı xarici dillər üzrə qəbul imtahanı proqramlarının layihəsini seminar iştirakçılarına təqdim etmişdir. Daha sonra aparıcı məsləhətçi Ülkər Mirzəyeva seminar iştirakçılarını dinləyib-anlama üzrə test bloku üçün nəzərdə tutulmuş audiofayllar və onlar əsasında tərtib olunmuş test tapşırığı nümunələri ilə tanış etmişdir. Seminar iştirakçılarından Ç. Babaxanova, S. Mehdiyeva, S. Nuriyeva, A. Sadıqova, Ş. Mahmudova, P. Məmmədzadə və başqaları proqramların layihəsi barəsində, dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulan test bloku, habelə ali təhsil müəssisələrində xarici dillərin tədrisi sahəsində mövcud vəziyyət, bu sahədə özünü göstərən problemlər və xarici dil müəllimlərinin üzərinə düşən vəzifələrlə əlaqədar fikirlərini bildirmişlər. Qəbul imtahanı proqramlarının məqbul olması, imtahanda xarici dili bilmə səviyyəsini müəyyənləşdirmək üçün oxuyub-anlama, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılması ilə yanaşı, dinləyib-anlama bacarığının da yoxlanılmasının zəruri olması vurğulanmışdır.

      Müzakirə və fikir mübadiləsi nəticəsində seminarda növbəti tədris ili üçün xarici dillər üzrə magistraturaya qəbul imtahanının proqramları qəbul edilmişdir. Proqramlar “Magistr” jurnalının növbəti sayında çap ediləcək. Test tapşırığı nümunələri isə jurnalın 2019-cu ildə buraxılacaq 2-ci sayında bakalavrlara təqdim ediləcək. Növbəti qəbul imtahanında ingilis, alman, fransız və rus dilləri üzrə dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulmuş audiofaylların və müvafiq test tapşırıqlarının nümunələri yaxın günlərdə DİM-in internet saytında yerləşdiriləcək.

       


      Foto
      • 1
      • 2
      • 1
      • 2

      Paylaş
      Geriyə
      MƏRKƏZ
      Ümumi məlumat
      İdarəetmə orqanları
      Struktur
      Regional bölmələr
      Beynəlxalq əməkdaşlıq
      Hesabatlar
      Vakansiyalar
      Açıq məlumatlar
      FƏALİYYƏT
      Qəbul və imtahanlar
      Dövlət qulluğu
      Tədqiqat
      Digər fəaliyyət
      MƏTBUAT
      Xəbərlər
      Media təqib
      Multimedia
      Mətbuat xidməti
      XİDMƏTLƏR
      E-XİDMƏTLƏR
      DÖVLƏT XİDMƏTLƏRİ
      ƏLAQƏ
      Əlaqə məlumatları
      Online müraciət
      Sual - cavab
      Vətəndaşların qəbulu
      Əlaqə məlumatları


      1653
      info@dim.gov.az
      AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299. Mərkəzə gələn avtobus marşrut nömrələri: 6, 13, 33, 38, 61, 83
      AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50. Elektron imtahanlar korpusu. Avtobus marşrut nömrələri: 2, 33
      © 2026 Dövlət İmtahan Mərkəzi
      • Linkedin
      • Facebook
      • Twitter
      • Instagram
      • YouTube
      • Telegram