9 avqust 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçiriləcək.
İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər.
İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
İmtahana qeydiyyat 17 – 30 iyul 2026-cı il tarixlərində aparılıb və bu müddət ərzində 15 namizəd müraciət edib.
İmtahan saat 15:00-da başlanır. Saat 14:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.