Praktik məşğələdəki məruzəmin mövzusu imtahan materiallarının keyfiyyətini ölçməyə kömək edən qiymətləndirmə sisteminə həsr olunub.
Bunu IAEA-2019 konfransının iştirakçısı, RCEC - imtahan keyfiyyətinin təmin olunması üzrə ekspert mərkəzinin direktoru Arnold Brauer AZƏRTAC-a müsahibəsində deyib.
“Hazırladığımız qiymətləndirmə sistemi əsas altı meyara əsaslanır ki, onların köməyilə imtahan materiallarının substantiv və psixometrik aspektlərini müəyyənləşdiririk. Biz Hollandiya Təhsil və Elm Nazirliyi, habelə özəl təhsil müəssisələri ilə imtahan sistemlərinin işlənib hazırlanması istiqamətində əməkdaşlıq edirik. Praktik məşğələdə imtahan materiallarının keyfiyyətinin yoxlanılması üçün təqdim etdiyimiz qiymətləndirmə sisteminin meyarları barədə söhbət açdıq”, - deyə A.Brauer vurğulayıb.