Görüşün qonağı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə olub.
“Uğurlu peşə seçimi” mövzusunda baş tutan görüş zamanı Məleykə Abbaszadə gənclərlə peşə yönümündə doğru qərarların verilməsi, şəxsi potensialın düzgün istiqamətdə inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb. O, peşə seçiminin təkcə akademik göstəricilər deyil, eyni zamanda maraq və bacarıqlara əsasən edilməsinin vacibliyini vurğulayıb.
Görüş interaktiv şəkildə keçib, könüllülər peşə yönümü, qəbul imtahanları, gələcək karyera imkanları və DİM-in fəaliyyəti ilə bağlı suallar ünvanlayıblar.
Qeyd edək ki, “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsinin əsas məqsədi gənclərin ictimai müzakirələrdə iştirakçılığının artırılması, rəy və təkliflərinin dinlənilməsidir. Bu çərçivədə müxtəlif mövzularda təşkil olunan görüşlər gənclərin bilik və dünyagörüşünü artırmaqla yanaşı, onları maraqlandıran məsələlərin operativ və çevik şəkildə müzakirəsinə imkan verir.