Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi, ittifaq üzvlərinin 6-15 yaşlı övladları (nəvələri) arasında keçirilmiş qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan “Ekologiya – mənim fırçamda” mövzusunda rəsm müsabiqəsində iştirak etmiş Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının övlad və nəvələri ilə görüş keçirilib.
Səmimi ruhda keçmiş görüşdə balaca rəssamlara təşəkkürnamələr və hədiyyələr təqdim edilib. Müsabiqə iştirakçıları görüşdə iştirak edən əməkdaşlara öz rəsmləri haqqında danışıblar. Uşaqlarla söhbətlərdən, onların çıxışlarından bu görüşün onlar üçün güclü motivasiya olduğu hiss edilirdi. Çıxış edən əməkdaşlar məktəblilərə növbəti müsabiqələrdə daha böyük uğurlar və qələbə sevinci arzulayıblar.