Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğundan, Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.
25 sentyabr – 29 sentyabr 2023-cü il tarixlərində Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Naftalan istiqamətində “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik”; “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, həmçinin “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”; “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzularında dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə təlimlər baş tutub.
Təlimlər zamanı mövzular çərçivəsində müvafiq məlumatlar verilib və müzakirə aparılmaqla suallar cavablandırılıb.
Qeyd edək ki, təlimlər təqvim üzrə ilin sonunadək davam edəcək.